0
Wednesday 14 March 2012 - 23:35

NATO-nun uğursuz əməliyyatı

Story Code : 145628
NATO-nun uğursuz əməliyyatı
NATO-nun uğursuz əməliyyatı
"IslamTimes" Almaniyanın Zudduyçe Saytunq qəzetindəki təhlili nəzərdən keçirir. Müəllif Stefan Kornelyus yazır: “Əfqanıstanda iki çıxış yolu nəzərə gəlir. Onlardan biri NATO-nun bu ölkəni dərhal tərk etməsidir. Çünki artıq NATO bu ölkədə fəaliyyət göstərə bilmir və kimsə onların hüzurunu arzulamır. İkinci yol budur ki, NATO 2014-cü ilədək Əfqanıstanı tərk etsin. Amma həmin dövrdə mümkün xəsarətlərin qarşısı alınmalıdır. Bu iki yol NATO qüvvələrinin
Əfqanıstandakı uğursuzluqlarından qaynaqlanır..”

Müəllif sözünün davamında bir ABŞ əskərinin 16 mülki vətəndaşı qətlə yetirməsini yada salır və deyir: “Bu vəhşiliyə əsaslı şəkildə cavab verilməlidir. Əfqan xalqı NATO qüvvələrinin ölkədən çıxmasını böyük intizarla gözləyir. Elə ABŞ-da da bu müharibənin davamına həvəs qalmayıb. Çünki əməliyyatların sonu görünmür. Yeganə nəticə canlı təlafat, psixoloji böhran, xəsarətlərdir.

Alman qəzeti
yazır ki, Əfqan hökuməti və NATO Talibana qarşı gücsüz olduğunu başa düşməlidir. Bu qruplaşmanın əsas komandirləri öldürülsə belə bunun heç bir faydası olmadı.

Qəzet Ağ Evin Talibanla müzakirələrinə işarə ilə yazır: “Əfqanıstanda vuruşan qüvvələr arasında Qətər vasitəçilik edir. 5 Taliban döyüşçüsünün Quantanamodan azad edilməsinin və bunun müqabilində ABŞ əsgərinin geri qaytarılması nəzərdə tutulurdu."

Müəllif Talibanla müzakirələri
Qərbin strateji addımı sayır və bildirir ki, müvəffəqiyyətə zərrəcə ümid yoxdur. Belə görünür ki, Obama bu strategiya sayəsində NATO-nun Əfqanıstandan çıxma vaxtını tezləşdirmək istəyir.

Qəzet yazır ki, mülki əfqanların qətliamından sonra NATO qüvvələrinin Əfqanıstandan çıxması gündəmdədir. Bununla belə Əfqanıstan üçün ən böyük təhlükə ifratçı Talibandır. Bu problemin hələ də siyasi həlli görünmür.
Related Stories
Comment