QR CodeQR Code

Qonşular üçün seçki dönəmi

İslamtimes , 20 Sep 2012 22:06

İslamtimes - Ermənistanda da bizdəki kimi vahid namizəd məsələsi müxalifət üçün prioritet məsələdir


www.islamtimes.org/az/ - Sizcə Ermənistan, İran və Azərbaycanı hansı qeyri təbiət mövsümü birləşdirir ? bu sualın bir cavabı var : qarşıda gələn seçkilər. Hər üç ölkə qarşıdan gələn prezident seçkilərinin gərginliyini yaşayır. Ancaq əvvəlcə bir balaca Azərbaycan gündəminə baş vuraq.

Qəbələdə səfərdə olan prezident İlham Əliyev stend atıcılıq kompleksində tüfəngdən atəş açdığı günün ertəsi günü
sentyabrın 11-də Azərbaycana səfərə gələn Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla elə Qəbələdə görüşdü.

Görüşdə bir çox məsələlər müzakirə olundu və iki dövlət arasında imzalanan 9 sənədə baxdıqda görürük ki, bu sənədləri imzalamağa görə Ərdoğanın zəhmət çəkməsinə ehtiyac yox idi bu sənədlərin imzalanması hətta XİN-i səviyyəsindən belə aşağı instansiyaların işidir.

Bu səfərdə yerli media mənsubları görüşün niyə məhz Qəbələdə keçirilməsini diqqətda saxlamaqla cavab axtarır. Nəticədə belə çıxır ki, əliyev rejimi Qəbələni bir siyasi mədəni mərkəz kimi təqdim etməkdan başqa həm də Rusiyaya mesaj vermiş olur ki, RLS-in taleyi ilə bağlı rəsmi Moskvanın mövqeyinin necə olması ən azı Azərbaycanın siyasi kursuna təsirsiz ötüşməyəcək.

Bu kontekstdə İlham Əliyev daxili siyasi arena üçün də “Türkiyə məni dəstəkləyir” mesajını verir və bu fikrin cəmiyyətdə yayılmasının başlıca məqsədi 2013-cü ildə iştirak edəcəyi prezident seçkiləridir.

Bəzi mətbuat orqanları buna Ramil olayının rəngini də verməyə çalışırlar, məncə Türkiyə bu mövzuda nə ABŞ nə AB kimi Azərbaycanın üstünə gəlmir. Hacı Nəcəfə görə burada başqa bir məsələ də budur ki, Qəbələ Azərbaycanın şimal zonasında, sələfilərin qurduğu Qafqaz Əmirliyinin yaxınlığında yerləşən rayonu və sələfilərin aktiv olan bölgəsidir ki, burdan daha bir mesaj şiələrə o cümlədən İrana verilə bilər.

Belə çıxır Ərdoğanın Azərbaycana səfəri daha çox siyasi xarakter daşıyır və seçki mövsümündə İlham Əliyev üçün bir dəstək nümayişidir. Eyni zamanda Ərdoğan da Türkiyə daxilində 146 azərbaycanlı ilə bağlı verdiyi qalmaqallı bəyanatı ardınca atddığı addımdır.

Ərdoğan Qəbələ səfərindən öncə demişdi ki, 1946-cı ildə cumhurbaşkan İsmet İnönü Türkiyəyə sığınan 146 azərbaycanlını Stalinə təhvil verib. Bu bəyanatı ilə Ərdoğan CHP-ni seçicilərin gözündən salmaq üçün addım atmışdı.

Ancaq iş burasındadır ki, Türkiyənin o zaman Alman faşizminə qalib gələn SSRİ ilə qarşıdurmaya getməsi bu ölkə üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi və İsmət İnönü aydın başa düşürdü ki, Stalinlə münasibətlərin gərginləşməsinin qarşısını almaq milli maraqlar baxımından vacibdir.

Seçki dövrü Azərbaycan hakimiyyətinin bostanın da daha çox hiss olunur nəinki müxalifətin geniş birliyini ifadə edən İP-nin. Burda ən anlaşılmayan məqam İP liderləri – İsa Qəmbər və Əli Kərimlinin vahid namizəd məsələsinin müzakirəsinin hələ zamanı yetişmədi ilə bağlı mövqeləridir. Bu qəti sağlam mövqe sayıla bilməz, prezident seçkiləri kimi önəmli məsələ üçün bir azdı belə nəinki hələ zamanı deyil durmaq.

Ədalət naminə onu da deyim ki, müxalifətdə təmsil olunan qüvvələrin heç də hamısı İP liderləri kimi düşünmür. Məsələn, REAL hərəkatının sədri və eləcə də funksionerləri verdikləri bəyanatda bildirirlər ki, vahid namizədin hətta müəyyənləşdirilməsi üçün konkret addımlar atılmalı və İP vahid namizədlə çıxış edərsə REAL növbəti prezident seçkilərində öz namizədini irəli sürməyə də bilər.

Siyasi durğunluq demək olmasa da seçki mövsümü olmasını nəzərə alsaq siyasi fəallıq da lazımınca nəzərə çarpmır.

Ermənistan da seçki dövrünə qədəm qoyub, siyasi ekspert Karen Köçəryanın fikrincə siyasi qüvvələr arasında mübarizə özünü parlamentdə təmsil olunan müxalifət deputatlarının çıxışlarında da göstərir.

Ermənistanda da bizdəki kimi vahid namizəd məsələsi müxalifət üçün prioritet məsələdir bunula belə həlli hələ də baş vermir. Siyasi ekspertlərin fikrincə vahid namizəd Levon Ter Petrosyan, Qrant Baqratyan, Xaçatur Sukiasyan, Nikol Paşinyan, Levon Zurabyan kimi siyasətçilər arasında seçilə bilər, hakimimiyyət funksionerlərinin fikrincə isə vahid namizədi xalq müəyyən etməlidir.

Öz növbəsində siyasi ekspert Köçəryan bununla razılaşmadığını bildirir və bu işin siyasətçilərin özlərinə aid olduğunu qeyd edib. Hələlik öz namizədliyini irəli sürəcəyi barədə açıqlama verən siyasətçilər “Yeni zaman” partiyasının sədri Aram Karapetyan, “Milli müqəddaratını təyin etmə” Birliyinin lideri Paryur Ayrakyan, Xalq partiyasının sədri Tiqran Karapetyan, Marksist partiyasının sədri David Akopyandır. İlham Əliyevdən fərqli olaraq Serj Sarkisyan qalib gələcəyinə əminlik nümayiş etdirmir, demək olar ehtiyatlı davranır.

İran İslam Respublikasında da növbəti ildə prezident seçkləri keçiriləcək və artıq məlum olduğu kimi 2013-cü ilin iyunun 14-də seçki günü təyin edilib.

Konsititusiyanın tələblərini nəzərə alsaq ağaye Əhmədinejad ardıcıl olaraq 3-cü dəfə namizədliyini irəlli sürə bilməz ona görə seçkilərdə namizəd kimi iştirak etməyəcəyini indidən demək olar. Ancaq Allahın köməyi ilə hər kim seçilsə belə İslam Respublikası xeyli xeyir görəcək.

İSLAMTİMES - ELVİN CAVADOV


Story Code: 197128

News Link :
https://www.islamtimes.org/az/article/197128/qonşular-üçün-seçki-dönəmi

Islam Times
  https://www.islamtimes.org