0
Sunday 3 March 2013 - 13:09

Saakaşvilinin Azərbaycana səfəri yenə qalmaqal yaratdı

Story Code : 243853
Saakaşvilinin Azərbaycana səfəri yenə qalmaqal yaratdı
Saakaşvilinin Azərbaycana səfəri yenə qalmaqal yaratdı
Islam times.org/az/ - Fevralın 27 və 28-də Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərdə olub. Bu barədə və səfərdən sonra gürcü prezidentinin ölkəsinə qayıtdıqdan sonra verdiyi bəyanat barədə məlumatınız var.

Əvvəl Saakaşvilinin səfəri məsələsinə baxaq. Gürcüstanda keçirilən son seçkilərdən sonra parlamentdə rəqibi və hazırda Gürcüstanın baş naziri olan Bidzini İvanişviliyə uduzan Saakaşvili qızıl dövrünü sona vermiş oldu, prezident postunda səlahiyyətlərinin bitməsinə az qalmasına baxmayaraq Saakaşvili baş nazir tərəfindən yaradılan maneələr hesabına az məhrumiyyətlərə məruz qalmadı, ancaq bununla belə xarici siyasətində prinspial dəyişiliklərə getmədi və zatən bunun mənası da yoxdur, çünki Rusiya tərəfi hələ prezident Medvedyevin vaxtında belə bəyan etmişdi ki, Saakaşvili ilə hər hansı bir danışıq müzakirə predmeti deyil.

Bakıya gəlməklə Saakaşvili iki əsas məqsədinə nail olmaq istəyirdi. Birincisi prezident İlham Əliyevin dəstəyini xahiş etmək, bu Saakaşviliyə həm prezidentliyi dövründə həm də bu vəzifədən gedən sonra lazımdır.

İkincisi də məlum bəyanatını səsləndirmək üçün zəmin yaratmaq. Saakaşvilinin bəyanatını Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun şərh edərkən gürcü perzidentin dediklərindən təəsüfləndiyini qeyd edib. Bununla belə Saakaşvilinin bu bəyanatı təzadları üzə çıxartdı.
Source : Islamtimes
Related Stories
Comment