0
Monday 15 July 2013 - 00:44

Azad insan nümunəsi

Story Code : 283121
Azad insan nümunəsi
Islam times.org/az/ - İki gün öncə hicab məhbusu hacı Tale Bağırovun hüquqlarını müdafiə komitəsi keçirdikləri toplantıdan sonra bəyanat verərək qeyd ediblər ki, məhbus dindarla bağlı aparılan istintaq tamamən yalan, şər, böhtandan ibarətdir, buna görə hacı Tale Bağırzadəni həbs edənlər özləri cəzalandırılmalıdır.

Taleni müdafiə edən Komitənin üzvlərinin əsasən dünyəvi adamlardan ibarət olması diqqəti çəkir və yəqin bunun səbəbi onunla bağlıdır ki, hacı Tale dini lider olsa da oxuduğu xütbələrdə, fəaliyyətində dindarlardan başqa həm də dünyəviləri də maraqlandıra bilib.

Dünyəvi insanlar da haqq ədalət axtararkən onu Tale Bağırzadənin xütbələrində görə biliblər. Ancaq bundan başqa da səbəb var və bu da odur ki, həbsdə olmasına baxmayaraq, hacı Tale özü də kifayət qədər fəallıq göstərir və mübarizə aparır, həbsdə ola ola azad insan nümunəsini ortaya qoyur və nümayiş etdirir.
Source : Islamtimes
Related Stories
Comment