0
Monday 7 March 2011 - 08:14

Bir problem üç prezident

Story Code : 57978
Bir problem üç prezident
Bir problem üç prezident
Islam times.org/az/ - Martın 5-də Soçidə prezident Medvedyevin təşəbbüsü ilə keçirilən Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2008-ci ildən bəri sayca 8-ci görüşünün Azərbaycan üçün nəticəsiz olacağını bütün müstəqil ekspertlər proqnozlaşdırmışdı.

Görüşün formal tərəfi ondan ibarətdir ki, 2010-cu ilin oktyabrın 27-də Həştərxanda keçirilən görüş zamanı əldə olunmuş razılaşmanın müddəalarının həyata keçirilməsi təmin edilsin.

Bundan əlavə konflikt tərəfləri arasında hərbi əsirlərin mübadiləsinin sürətləndirilməsi və bütün mübahisəli məsələləri sülh yolu ilə həllinə nail olmağa cəhd etmək, cəbhənin təmas xəttində tərəflər arasında baş verən insidentlərin ATƏT-in Minsk qrupunun himayəsi altında təhqiqini həyata keçirmək.

Rəsmi görüşdən sonra Prezident Medvedyev “Красная Поляна” qəsəbəsinin 2014-cü ildə keçiriləcək qış olimpiadasına hazırlığının yüksək səviyyədə təşkil olunduğundan, yerli və xarici investorların ədalətli rəqabət şəraitində infrastruktur layihələrinin reallaşdırmasından bəhs edə edə, qonaqları Soçidəki dəyişiliklərin gözəlliyi ilə tanış etdi.

Daha sonra xizəklə üzü aşağı sürüşmək üçün funiklyurla yuxarı qalxan Medvedyev və Əliyev arasında səmimi ikitərəfli söhbət baş tutub. Sarkisyan isə bu müddət ərzində xizək maşınını sürməklə digər iki prezidentə mane olmayıb.

Martın 6-da Əliyevlə səmimi söhbətinin təfərrüatlarını Rusiya Baş naziri Vladimir Putin və Baş nazirin müavini Sergey İvanov olmaqla məhdud dairədə bölüşən Medvedyev bildirib ki, Azərbaycan prezidenti xarici siyasi kursunun dəyişilmədiyini növbəti dəfə təkrarlayıb.

Daxili siyasətdə isə Rusiyanın tövsiyyəsinə müvafiq olaraq antikorrupsiya kompaniyasını davam etdirmək niyyətindədir. Qeyd edim ki, Rusiya rəhbərliyi də bu kompaniyanın imitasiya olduğunu bilir amma bu imtasiyanın Azərbaycan cəmiyyətinə ünvanladığına görə, loyal qarşılayır. Əslində rəsmi Moskvanın istədiyi də zatən budur ki, kompaniya görüntü s
ciyyəsi daşısın.

Əks halda, başda Əliyev özü olmaqla dəstək verdiyi məmurların korrupsiya əməllərinə görə əksəriyyəti məsuliyyətə cəlb edilməlidir. Mini konfrans zamanı Sergey İvanov deyir ki, “prezident Əliyevin Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün variant kimi qəbul etməsi barədə bəyanatlarının səsləndirməsi, Ermənistandakı dostlarımıza qarşı müxalifətin əlinə arqumentlər verir.

Hər kəs o cümlədən Sarkisyan da bilir ki, bu tip bəyanatlar Əliyevin ölkəsi daxilindəki reytinqi üçün istifadə olunan vasitədir, amma erməni müxalifət də bundan ajiotaj yaratmaqda istifadə edə bilir”.

Buna cavab olaraq Medvedyev bildirir ki, “əvvəla bu bəyanatlar Əliyevin bizimlə razılaşdırdığı davranış tərzidir. Ikincisi isə Əliyevin səsləndirdiyi boş bəyanatlar qarşılığında biz Sarkisyana “məsələnin hərbi yolla həllindən çəkinmək” və “hücüm etməmək” barədə Əliyevin imzaladığı saziş vermişik “.

Konfrans zamanı ərəb ölkələrindəki hakimiyyətlərə qarşı kütləvi etiraz aksiyalarının Azərbaycana da sirayət edəcəyi ehtimalına Əliyevin münasibətini öyrənən Medvedyev deyib ki, “Azərbaycan prezidenti ölkəsində bu etiraz dalğasının perspektivini qətiyən görmür.

İ.Əliyev fikrini bu cür ifadə edib : Birincisi ona görə ki, azərbaycanlıların ərəblərdən fərqli olaraq kütləvi surətdə meydanlara axşımaq meyli yoxdur. Xalqın etiraz aksiyalarına çıxışacağı təqdirdə isə ərəb liderlərindən fərqli olaraq etirazçıların müqavimətinin qarşısını tam almaq üçün silahlı qüvvələr mənim əmrimdədir və komandamı yerinə yetirmək əzmindədir.”

Konfrans sonunda Vladimir Putin çıxışında xüsusilə iki məsələni nəzarət altında saxlamağı vacib olduğunu bildirib.
Birincisi - Yaxın şərqdəki hökumətlərə qarşı meydana gələn etiraz dalğalarının təkcə Rusiyaya deyil həm də MDB məkanında yayılmasının mümkünlüyü nəzarətdə saxlanılmalıdır. Zərurət olduqda MDB-dəki tərəfdaş hökumətlərə tövsiyəmizi və dəstəyimizi əsirgəməməliyik.

İkincisi - Gürcüstan və Azərbaycanın müdafiə sahəsindəki siyasəti, gördüyü son tədbirləri nəzərdən keçirib Rusiyanın maraqları üçün təhlükə seqmentlərindəki mövcud dəyişilikləri olub olmadığını müəyyənləşdirmək.

İSLAMTİMES - Julian Assange
wikileaks.az@mail.ru
Source : IslamTimes
Related Stories
Comment