0
Tuesday 8 March 2011 - 15:39

SÜRÜŞƏ -SÜRÜŞƏ

Story Code : 58293
SÜRÜŞƏ -SÜRÜŞƏ
SÜRÜŞƏ -SÜRÜŞƏ
Islam times.org/az/ - Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dimitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş və danışıqlar dağ-xizək kurortu olan “Krasnaya Polyana”da qeyri-rəsmi formada davam etdirilir.

Məlumata görə, prezidentlər “Krasnaya Polyana”dakı kafelərdən birində çay içib sonra funiklyorla Psexako dağ silsiləsinə qalxıblar. Azərbaycanla Rusiyanın prezidentləri imkan tapıb birlikdə xizək də sürüblər.

Ermənistan prezidenti isə aeroxizək (propeller vasitəsilə hərəkət edən motorlu xizək) sürüb. Bəlkə də Sarkisyan o biri xizəklə sürüşməkdən çox qorxur. Heç ötən sürüşmədə də o sürüşməmişdi. Bəlkə də qorxur ki, bu sürüşmə onun axırıncı sürüşməsi olar (vəzifədən sürüşməsi ilə yanaşı).

Sonra hər üçü işgüzar nahar zamanı akutal məsələlərin müzakirəsini davam etdiriblər. Müzakirələrə də öndə olan Qarabağ məsələsi olmalı idi. Çünki 20 ildir ki, ümüd bu danışıqlara, müzakirələrə qalıb.

Ancaq Qarabağ probleminin həllində tam olaraq he&ccedi
; bir yenilik yoxdur. Deyəsən bu dəfə söhbət son zamanlarda dünyada gündəmdə olan inqilab filimlərindən düşüb.

Şübhəsiz ki, prezidentlər Ərəb dünyasında tüğyan edən hadisələ laqeyid deyillər. Hər üç ölkənin hakimiyyəti inqilab həyacanı yaşayır və bu baxımdan əsas danışıqların hansı mövzuda olduğu aydın olur.

İndi bu hakimiyyətlərin ən adi bir yalnış addımları bəs edər ki, öz taxt - tacları ilə vidalaşsınlar. Elə bu dərddən də çıxıblar dağ başına ki, bir dərindən nəfəs alsınlar. Vəziyyətin ciddiliyi ondan görünür ki, Azərbaycanla Ermənistan başçıları bir yerdə sürüşüblər, yəni xizək sürüblər və Ermənistanın işğalçı bir dövlət olduğu unudulub.

Bu inqilab vəlvələsindən sonra Ermənistan başçısı Qarabağdan bərk yapışacaq ki, milləti onu yerindən sürüşdürməsin. Azərbaycan inqilab adı eşidəndən müharibə şaiyəsi çıraxıb. Böyük “qardaş ” Rusiyada oturub ortada hər ikisinin əlindən tutub heç birinin dəyişməsinə razı olmaz.

Rəsmi Moskva bu məsələdə bəlkədə rəsmi Bakının özündən də daha çox narahatdır. Hal –hazırda gərgin durumda olan Azərbaycan və Ermənistanın könlünü xoş tutmaq üçün danışıqları dağ-xizək kurortu olan “Krasnaya Polyana”da aparmağı münasib görüb.
Qaçmaqdansa sürşə-sürüşə getmək yaxşıdı.

İSLAMTİMES - ZƏHRA
Author :
Source : IslamTimes
Related Stories
Comment