0
Friday 10 April 2020 - 16:59

İsrail, Türkiyə xalqının cibindən narahatdır

Story Code : 855832
İsrail, Türkiyə xalqının cibindən narahatdır
İsrail, Türkiyə xalqının cibindən narahatdır
İsrailin Milli Təhlükəsizlik Tədqiqatları Mərkəzinin Türkiyə işləri üzrə mütəxəssisi Galia Lind Nestrauss, son məqaləsində İstanbul kanalı barəsində bunları söylədi:
Ərdoğan, Qara dənizi Mərmərə dənizi ilə birləşdirən İstanbul kanalı layihəsini həyata keçirməklə, bu lahiyəni öz səltənətinin nailiyyəti kimi tanıtmaq və hətta, özünü Mustafa Kamaldan (Atatürk) daha da uğurlu biri olduğunu göstərmək istəyir.
Bu kanalın zərərinin gəlirindən çox olacağına inanan Galia, kanalın yaradılmasının belə bir iqtisadi böhran zamanında, Türkiyə cəmiyyətinə əlavə xərclər tətbiq edəcəyini vurğuladı. Həmçinin, Galia bildirdi ki, nə üçün Türkiyə xalqı Ərdoğanın qüdrət hərisliyinin xərclərini ödəməlidirlər?!  Galia, İstanbulun Asiya hissəsindəki ekoloji, eləcədə su çatışmazlığı problemlərini, bu planın yarada biləcək zərərləri olaraq vurğulardı.
İsrail mütəxəssisi davam edərək dedi: İstanbul Kanalı, Bosfor boğazına təsir göstərmək məqsədiylə yaradılır. Halbuki, 1936-cı il “Montrö” müqaviləsinə əsasən, bölgədə sülh və sabitlik üçün, boğaz üzərində olan beynəlxalq güc və səlahiyyətlər müəyyən edilmişdi.
Mütəxəssis, Türkiyə məsələsinə toxunaraq bildirdi: İstanbul kanalının, Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcəyi ilə yanaşı, Rusiya ilə Türkiyə arasındakı İdlib məsələsi kimi əvvəlki gərginlikləri daha da artıracaqdır.
Nəticə olaraq, xanım Galianın məqaləsinin İsrailin milli təhlükəsizliyi səviyyəsində yayımlanmasına səbəb olan məsələnin, layihədə yalnız türk xalqı, eləcədə, Rusiya ilə münasibətlərin faydalarının və zərərlərinin araşdırılması deyil, eyni zamanda İsrail neftinin bir hissəsinin Boğazdan keçməsi məsələsi də olmuşdur ki, bu da gələcəkdə İsrail neftinin nəqliyyat xərclərini və təhlükəsizliyini kölgə altına ala bilər.
Tagged
rusiya
Comment