0
Monday 8 August 2011 - 19:44

Sionizmin İran-Türkiyə rabitələrini pozmağa yönəli təlaşları

Story Code : 90376
Sionizmin İran-Türkiyə rabitələrini pozmağa yönəli təlaşları
Sionizmin İran-Türkiyə rabitələrini pozmağa yönəli təlaşları
Sionist rejimin milli təhlükəsizlik araşdırmalar institutu Türkiyə və İranın rabitələri haqqında hesabat yayıb. Hesabatda iki ölkə arasında son illərdəki münasibətlər nəzərdən keçirilir. Bu araşdırmada iki ölkənin münasibətlərini soyuda biləcək nöqtələrə diqqət yetirilir. Bu arzuların həyata keçməsi sionizm və başda ABŞ olmaqla beynəlxalq imperializmin gələcək planlarıdır.

Bu hesabat “Türkiyə və İran ideal müttəfiqlər deyil” başlığı altında çap olunub. İnstitut öz iblis təlaşları ilə İranı Türkiyənin məntəqədə rolunun artması yolunda maneə kimi göstərməyə çalışır. Beləcə Türkiyə rəsmiləri İran İslam Respublikasına qarşı təhrik olunur. Hesabatın məzmunu bundan ibarətdir: Türkiyə və İran məntəqənin iki mühüm oyunçusu sayılır. Onlar arasındakı rabitələr getdikcə həssaslaşır. İran Türkiyənin məntəqədə
aparıcı gücə çevrilməsi yolunda maneədir. Türkiyənin də strateji planları İranın məntəqədəki rolunu nə vaxtsa zəiflədə bilər...

Göründüyü kimi hesabatı hazırlayanların məqsədi Türkiyə və İran arasında soyuqluq yaratmaq, qarşıdurmaya səbəb olmaqdır. Olsun ki, bu yazı araşdırma mərkəzinin əldə etdiyi həqiqi nəticələr deyil. Amma İsrailin mənafeləri tələb edir ki, hesabat məhz bu formada gündəmə çıxsın. Dərc olunmuş hesabatın oynadığı rol deyilənləri təsdiq edir. Əgər belə iblisanə məqsəd olmasa, həmin araşdırmanın dərc edilməsi əhəmiyyət kəsb etməz.

İsrailin bu müəmmalı hesabatı, eyni zamanda bu yöndə təlaşları İran və Türkiyə rəsmilərinə xəbərdarlıq olmalıdır. Həmin xəbərdarlığı bir neçə mehvər üzərində nəzərdən keçirmək olar.

Əvvəla hər iki dövlətin xalqı sionizmə ziddir və Fələstini müdafiə edir. Bu olduqca
güclü bir müştərək nöqtədir.

Bu müştərək nöqtə sionist rejimi narahat edir. Bu məqsədlə İran və Türkiyə dövlətləri arasında gərginlik yaradılır. İsrail və Amerika Yaxın Şərqdə öz siyasətləri ilə bu iki müsəlman dövlət arasında qarşıdurma yaratma planlarını ciddi şəkildə izləyirlər.

İkincisi, İran və Türkiyə İsrailin mövcudluğu ilə bağlı tam eyni mövqe tutmasalar da sionist rejimin siyasətlərini müştərək şəkildə hədəfə alırlar.

İran İslam Respublikası İsrailin mövcudluğu qəbul etmir. İran bu dövləti qeyri-qanuni sayır. Türkiyə isə sionist rejimin cinayətlərini, Fələstin xalqına qarşı işğalçı siyasətini qəbul etməsə də onun mövcudluğu ilə bağlı İranla həmfikir deyil.

Şübhəsiz ki, İran və Türkiyə arasında heç bir müştərək nöqtə İsraili qane etmir. İşğalçı rejim hər vəchlə iki müsəlman
dövlət arasında qarşıdurma yaratmağa səy göstərir.

Üçüncüsü, İranla Türkiyə arasında müştərək nöqtələrdən biri də İraqla bağlı siyasətdir. İraqın ərazi bütövlüyü həm İran, həm də Türkiyə üçün olduqca mühümdür. Hansı ki, İsrail rejimi hər vasitə ilə İraqın parçalanmasına çalışır. Bu baxımdan İsrail İran və Türkiyə ilə baş-başa dayanmışdır. Amma İran-Türkiyə birliyi hələ ki, bu planın həyata keçməsinə imkan vermir.

Əgər İsrail İranla Türkiyə arasında qarşıdurma yarada bilsə, İraqın da parçalanması mümkündür. Hansı ki, bu parçalanma yalnız sionizmin və imperialist qüvvələrin xeyrinədir.

Dördüncü, kürd məsələsi İranla Türkiyənin, əlavə olaraq İraq və Suriyanın müştərək problemidir. Kürd problemi bu dörd dövləti bir-birinə
yaxınlaşdıran amildir.

İran, Türkiyə, İraq və Suriya arasında gərginlik yaratmaq beynəlxalq imperializmin əsas siyasətlərindəndir. Hansı ki, bu dörd dövlət arasında müştərək nöqtələr var və bu nöqtələr əhəmiyyətini itirməyib.

İraqın parçalanmaması siyasəti İsrailin mənafelərinə zidd olduğundan o həm dörd dövlət arasında, xüsusi ilə də İran və Türkiyə arasında münasibətləri pozmaqda israrlıdır.

Hazırda Türkiyənin daxilində müəyyən problemlər mövcuddur. İsrail və ABŞ həmin problemlərdən öz mənafei üçün yararlanmağa çalışır. Türkiyə dövləti məhz bu iblis siyasətini nəzərə alaraq Suriyanın daxili işlərinə qarışmaqdan çəkinməli, imkan həddində Dəməşqə yardım etməlidir.

Suriya dövləti islahatlara start verdiyi, müxalifətin tələblərini yerinə yetirdiyi bir zamanda Türkiyənin Dəməşqə qarşı
siyasətləri İsrail tərəfindən sui-istifadə edilə bilər. Əlbəttə ki, bu vaxt İran-Türkiyə münasibətlərində də problem yaranması mümkündür. Hansı ki, iki dövlətin mənafei tələb edir ki, Suriya mövzusunda həmfikir olsunlar və bu ölkənin daxili problemlərinin həllinə dəstək versinlər.

Suriya məsələsi düşmənlərə ümid verir ki, İran-Türkiyə dostluğuna zərbə vurub məntəqəyə hakim olsunlar. Türkiyənin son dövrlərdə Dəməşqlə bağlı müəyyən addımları düşmənləri bir qədər ümidvar edib. Amma hələ də gec deyil və Türk rəsmilərinin imkanları genişdir.

İsrail milli təhlükəsizlik araşdırmalar institutunun hesabatı münasibətlərə yenidən baxmaq üçün bir amil ola bilər. Əgər Tehran və Ankaranın bu mövzuda yekdilliyi və həmkarlığı olarsa, sionizmin oxu heç şübhəsiz daşa dəyəcək.
Source : İslam Cümhuriyyəti qəzeti
Related Stories
Comment