0
Sunday 15 January 2012 - 22:09

Hizbullah Müqavimətin davam etməsinin zəruriliyini vurğulayıb

Story Code : 130586
Hizbullah Müqavimətin davam etməsinin zəruriliyini vurğulayıb
Hizbullah Müqavimətin davam etməsinin zəruriliyini vurğulayıb
Livan Hizbullahının baş katibi Sionist rejimə qarşı silahlı müqavimətin davam etməsinin zəruriliyini vurğulayıb . Seyid Həsən Nəsrullah şənbə günü(14 yanvar) günortadan sonra İmam Hüseyn (ə) Ərbəini münasibəti ilə etdiyi çıxışında Birləşmiş Millətlər Təşkilatı baş katibinin qərəzli sözlərinə reaksiya verərək deyib: Livan Hizbullahı düşmənlər qarşısındakı silahlı müqavimətini davam etdirəcək və Livan ordusu və Livan xalqının yanında ölkənin müstəqilliyi və şərəfini qoruyacaq. Livan Hizbullahının baş katibi düşmənlər qarşısında hazırlıq vəziyyətinin artmasına təkid edərək xatırladıb: Hazırda Birləşmiş Millətlər Təşkilatı, Amerika və Sionist rejimin Livan Hizbullahının inkişafından nigarançılıq keçirməsi sevindirici haldır.

BMT-nin baş katibi Ban Ki Mun Livan Hizbullahının hərbi imkanlarından nigarançılıq keçirərək ondan silahı kənara qoymalarını istəyib.

Seyid Həsən Nəsrullah 20 səfər günü yəni Həzrət İmam Hüseyn (ə)-ın Ərbəin günü münasibəti ilə etdiyi çıxışının digər hissəsində Ban Ki Mun-un bu qərəzli fikirlərini kəskin tənqid edib. Livan Hizbullahının baş katibi vurğulayıb: Ərəb Liqasına, BMT-yə, TŞ-na, AB-nə arxalanmanın didərginlik, işğal, hörmətsizlik və xalqların ,o cümlədən fələstinlilərin hüdudlarına təcavüzdən başqa xeyri olmayıb. Bu üzdən Livan Hizbullahı yalnız silahı ilə Sionist düşmən qarşısında müqavimət göstərəcək.

BMT-nin baş katibi Ban Ki Mun cümə günü (13 yanvar) Livana daxil olan zaman Livan hizbullahının hərbi təchizatı ilə bağlı nigaranlıq hissi keçirdiyini qeyd edərək Livan Hizbullahından istəyib ki, Hizbullah silahı kənara qoysun.

Ban Ki Munun Sionist rejim qarşısında müqavimətin dayandırılması ilə bağlı mənasız və müəmmalı görünən istəyi elə bir halda səsləndirilib ki, Sionist rejim BMT-nin passiv addımları sayəsində Livan ərazisinin müəyyən hissələrini azad etməmək və Livan hakimiyyətini pozmağı davam etdirməklə BMT-nin Livan haqda qəbul etdiyi qətnamələrini geniş şəkildə pozur.

Seyid Həsən Nəsrullahın bu ifşaedici sözləri bir daha fikirləri istilaçı qüvvələrin İrana qarşı planlarının nə həddə dərin olmasına yönəldir. Bununla yanaşı, Livan Hizbullahı baş katibinin bu sözləri sionistlərə qarşı müqavimətin nailiyyətlərinin ,sazişkar rəftarların ziyanverici nəticələrinin, xüsusilə də Sionist rejim qarşısında beynəlxalq təşkilatlara arxalanmanın səmərəsiz və nəticəsiz olduğunu daha da üzə çıxarıb. Özlərinin ekspansionist siyasətləri müqabilində Livan müqavimətini böyük maneə bilən Sionit rejim və Qərb dövlətləri müxtəlif yollarla Livan müqavimətini zəiflətmək istəyirlər ki, beləliklə Livanla bağlı özlərinin güddükləri hədəflərə nail ola bilsinlər. Bu istiqamətdə ekspansionist qüvvələrin istilası altında olan beynəlxalq təşkilatların rəsmilərindin bəzisi də xalqlara qarşı fitnə xarakterli planlarda sözü gedən qüvvələrlə əməkdaşlıq edirlər. Qərbin geniş və hərtərəfli himayəsinə malik Sionist rejim son illər ərzində Livan müqaviməti qarşısında müxtəlif təhqiramiz məğlubiyyətlərlə üzləşib.

2000-ci milad ilində Sionist rejimin Livan müqaviməti qarşısında məğlubiyyəti, həmçinin 2006-cı ildə Livana qarşı 33 günlük müharibədən məğlubiyyət ayrılması, Livan müqavimətinin mühüm nailiyyətlərindən olmuşdur.

Livan Xalqı sübuta yetirib ki, bu ölkə xalqı Sionist rejimin fitnələri və planları qarşısında ayıq sayıqdırlar. Şübhəsiz Livanda Sionist rejimə qarşı müqavimətin yüksək mövqeyinin qorunması, Sionist rejim və tərəfdarlarının Livana qarşı fitnələrinin yeni mərhələsini də məğlubiyyətlə üzləşdirəcək.
Source : IRIB
Related Stories
Comment