0
Sunday 25 March 2012 - 22:37

“Moskva NATO-nun RƏM sisteminə cavab verəcək”

Story Code : 148084
“Moskva NATO-nun RƏM sisteminə cavab verəcək”
“Moskva NATO-nun RƏM sisteminə cavab verəcək”
Medvedev bildirib ki, Moskva buna reaksiya verəcək. Rusiya prezidentinin fikrincə NATO-nun RƏM sistemləri Qərblə Moskva arasında nüvə tarazlığını pozur.

Asoşeyted Press xəbər verir ki, martın 23-də Avropa-NATO Təhlükəsizlik Konfransında Medvedev deyib: “Hələ ki, kimsə bizə Avropada yerləşdiriləcək RƏM sistemlərinin Rusiyaya qarşı olmadığına inandırıcı əsas göstərməyib.”

Moskvanın fikrincə bu RƏM sistemləri Rusiyanı mühasirəyə almaq üçündür. NATO bu layihənin Moskvaya qarşı olduğunu inkar etsə də Moskva müştərək nəzarət
sistemi tələb edir. Vaşinqton isə üçüncü tərəfin nəzarəti ilə razılaşmır.

Rusiya NATO-nun RƏM sistemlərinə cavab olaraq yeni nəsil raketlərin Avropaya tuşlanacağını bildirib. Medvedev deyib: “Səmimi deyirəm, həmkarlarımla isti rabitələrə baxmayaraq, biz bu işi cavabsız buraxmayacağıq.”

Medvedev ordu rəhbərləri ilə bütün görüşlərində vurğulayır ki, NATO-nun RƏM sistemlərinə qarşı cavab tədbirləri görülməlidir. Medvedev 2017-2018-ci illərədək nəzərdə tutulan istiqamətdə tədbirlərin sona çatdırılacağını
vurğulayıb. Medvedev müzakirə yollarının açıq olduğunu qeyd edib. Amma bunu da vurğulayıb ki, hər iki tərəfi razı salacaq razılaşmaların əldə olunması sürətləndirilməlidir.

Rusiya XİN müavini Dmitri Raqozin deyib: “NATO-nun RƏM sistemləri heç şübhəsiz Rusiyanın əleyhinədir. Raqozin əlavə edib: “RƏM sistemləri təhlükəsizliyin təmini üçün ən yaxşı yol sayıla bilməz. Ağıllı adamlar bilir ki, təhlükəsizlik sistemlərinin gücləndirilməsi hücum texnologiyalarının gücləndirilməsindən münasib
sayılmır. Qalxan güclənirsə, qılınc da güclənir.”

Raqozinin bəyanatına görə Rusiyanın hazırda malik olduğu raket sistemləri istənilən müdafiə sistemini yarmağa qadirdir. Raqozin deyib: “Bütün dünyada RƏM sistemləri qurulsa belə Rusiyanın raketləri onun təhlükəsizliyini təmin edir."

Rusiya ilə NATO arasındakı bu mübahisəli məsələdə Qərb “düşmən ölkələr” deyərək RƏM-in Rusiyaya qarşı olmadığını bildirir. Rusiya isə NATO-dan hüquqi təminat tələb edir.

"IslamTimes" - Tərcümə şöbəsi
Related Stories
Comment