0
Tuesday 5 June 2012 - 18:09

Suriyada Salvador variantı

Story Code : 168411
Suriyada Salvador variantı
Suriyada Salvador variantı
Ölkədə hakimiyyətə qarşı yönəlmiş qətliam ssenarisi bunu deməyə əsas verir. Mövcud vəziyyəti təhlil edəndə aydın olur ki, NATO və ABŞ qüvvələri sınaqdan çıxmış metodlarla Bəşar Əsəd hakimiyyətini devirməyə cəhd göstərir. Ölkədə baş vermiş son qətliam, insanı dəhşətə gətirən ölüm səhnələri, doğranmış qadın və uşaq cəsədləri bu hadisənin arxasında təbliğat məqsədinin dayandığını göstərir. Bu hadisənin birbaşa Bəşar Əsədə qarşı yönəldiyi şübhə doğurmur. Öncə sülhməramlı müdaxilə, başqa sözlə R2P əməliyyatı, sonra müqaviməti zəiflətməklə nüfuz sahibi olan qüvvələrdən hücum razılığı almaq düşünülmüş variantdır.

Tarixə
nəzər salsaq, bu taktikanın nümunələri ilə rastlaşarıq. 80-cı illərdə Salvador, 90-cı illərdə Honduras bu taktikanın qurbanı olub. Birinci hadisədə 75 min, ikincidən 50 min mülki insan qətlə yetirilib. Hulə qətliamının da bu hadisələrin bir nümunəsi olduğu nəzərə gəlir. Hulə qətliamı da eyni ssenari ilə baş verib. Amerikalı professor Maykl Çusudovski “Suriyada Salvador modeli” adlı məqalə ilə Global Research nəşriyyəsində çıxış edib. Məqalədə göstərilir ki, Suriyadakı səs-küylü qətliamda Qərb və ABŞ kəşfiyyatının izi görünür. Bu eynən Salvador əməliyyatını xatırladır. Məqsəd Bəşar Əsədin süqutudur.

Salvadorda nə baş vermişdir? Bu bir terror hadisəsi idi və mülkilərin
qətliamı ilə həyata keçirilmişdi. Sonradan bu qətliam hakimiyyətin ayağına yazıldı və hakimiyyət 75 min mülki insanın qətlində ittiham olundu. ABŞ-ın Hondurasdakı səfiri qətliamı törədən qatilləri himayə edib hakimiyyətə qarşı çıxdı. Bu şəxs 2004-cü ildə ABŞ-ın Bağdadda səfiri olub. Salvador variantı İraqda da sınaqdan keçirilib. ABŞ-ın Suriyadakı səfiri Robert Ford bir zaman Bağdaddakı səfirlikdə çalışıb. O Salvador variantı ilə tanışdır. 2011-ci ilin mart ayında Suriyada silahlı qarşıdurmalar ssenarisini bu şəxs hazırlayıb. 35 uşaq da daxil olmaqla 108 nəfərin qətli ABŞ tərəfindən himayə olunan terrorçu qruplaşmaların işidir. Dəməşqdə ABŞ səfirinin dəyişməsi bir növ hərbi əməliyyatlara
start verdi. Sərhəd şəhəri Darada dövlətə qarşı iğtişaşlar Ağ Evin himayəsi ilə baş tutdu. Robert Ford öz vəzifəsini yaxşı icra edir. Bağdad səfirliyində ikinci şəxs kimi tanınan Ford Dəməşqdə Salvador variantı üzərində işləyir. O müxalifətçi qüvvələrlə sıx rabitədədir. Qonşu ərəb dövlətlərindən muzdurların gətirilməsi onun tərəfindən himayə olunur. Hazırda Dəməşqdən çıxmış Robert Ford əməliyyatlara nəzarət edir.

Beləcə ABŞ Suriyada öz siyasətlərini həyata keçirmək üçün böyük qətliamlara rəvac verdi. O Suriyada həm da İran və Rusiyanın maraqlarına qarşıdır. Salvador variantının tətbiqi həm də regionda müqavimət hərəkatına qarşı yönəlmişdir.
Bunu da qeyd etmək lazımdır ki, hələ ki, ABŞ və ona bağlı olan qüvvələr Suriyada müvəffəq deyil. İraqda milyardlarla pul xərcləyib, minlərlə nəfər itki verən Ağ Ev Suriyada eyni layihə üzərində işləyir. 33 günlük müharibədə məğlub olan, 30 il dünya boyu İranın siyasətlərini kənardan müşahidə edən Ağ Ev böyük maliyyə zərərləri ilə üzləşib.

Salvador modeli bir terror modelidir. Bu modelə əsasən intiharçılar, mülki insanların kütləvi qətli ilə məşğul olur. Sonradan cinayət mövcud rejimin ayağına yazılır.

Növbə Suriyaya çatıb. ABŞ nəinki heç bir məqsədinə çatmayıb, hətta geri çəkilməyə məcbur olub. Koffi Annanın 6 maddəlik layihəsi ABŞ-ın
məğlubiyyət göstəricisidir. Belə görünür ki, ABŞ məğlubiyyətdən yaxa qurtarmaq üçün Suriya xalqını qurban vermək qərarına gəlib. Xalqın bu layihədən agah olması zəruridir. ABŞ-ın Suriyaya qarşı sərt siyasətləri bu ölkənin müqavimət hərəkatını dəstəkləməsidir. Putin növbəti dəfə prezident seçiləndən sonra Moskvanın mövqeyi daha da sərtləşib. Özünü Liviya və Tunisdə məğlub olmuş sayan Putin 8-liyin Çikaqo görüşünə qatılmadı. Moskva Bəşar Əsədin hakimiyyətdə qalmasına qərar verib. Şübhəsiz ki, Rusiyanın məqsədi Suriya xalqının mənafelərini qorumaq yox, strateji üstünlük qazanmaqdır.
Related Stories
Comment