0
Wednesday 7 November 2012 - 19:56

Suriya müxaliflərinin Duhə iclası: Əsas fiqurlar dəyişir?

Story Code : 210009
Suriya müxaliflərinin Duhə iclası: Əsas fiqurlar dəyişir?
Politoloqlar bu fikirdədir ki, Duhədə bir araya gələn Suriya müxalifləri yeni strategiya üzərində işləyirlər. Qərb dövlətləri bəzi ərəb dövlətləri və Türkiyə ilə birlikdə Bəşar Əsəd hökumətini yıxmaq üçün heç nədən çəkinmirlər. Onlar müxalifləri silahlandırmaqla yanaşı siyasi kampaniya aparırlar. Suriyada böhran başlayandan Milli Keçid şurası mövzusu gündəmdə saxlanılır.

Keçid şurası yaradıldıqdan sonra Qərb və ərəb kanalları, xüsusi ilə Əl-ərəbiyyə və Əl-cəzirə şura başçıları ilə dialoqlar təşkil edir, şuraya qanuni don geyindirmək istəyirlər. Amma bütün bu fəaliyyətlər nəticəsiz qalıb. Çünki elə əvvəlcədən müxaliflər arasında parçalanma baş verib.

Milli Keçid Şurası Türkiyədə yaradılıb. Bu şuranı İstanbul şurası da adlandırmaq olar. Şura yaranan gündən üzvlər arasında qarşıdurma yaşanır. İş o yerə çatıb ki, şuranın üzvləri bu qrumun faydasız olduğunu bildirir. Suriya müxalifət rəhbərlərindən olan Heysəm Maleh deyir ki, müxaliflərin şurası uğursuzluğa məhkumdur. Maleh deyir: “Suriya inqilab heyəti ona görə yaradıldı ki, Keçid Şurası və ya Milli Şura öz missiyasını yerinə yetirə bilmədi. Bu şuranın fəaliyyəti şəffaf deyildi və bütün qüvvələri əhatə etmirdi.”

Maleh təklif edir ki, keçid dövləti müstəqil və qarşıdurmalardan uzaq bir dövlət olsun. ABŞ xarici işlər naziri Hillari Klinton Milli Keçid Şurasının səmərə vermədiyini bildirib. Bəzi təhlilçilər ABŞ-ın bu bəyanatını Suriya müxalifətinə ümidsizlik nişanəsi sayırlar.

Politologiya üzrə mütəxəssis Həsən Hanizadə Qatardakı toplantıya işarə ilə deyir: “Müxalif qrupların Duhə toplantısı məntəqə və məntəqədən kənardakı güclərin məğlubiyyətini göstərir. Suriya böhranından 19 ay ötüb. Böyük maliyyə yatırımlarına və hərbi dəstəyə baxmayaraq Bəşar Əsəd rejimi zəifləməyib. Belə görünür ki, ABŞ və Qərb Suriya siyasətində ciddi dəyişikliklər nəzərdə tutur. ABŞ və Qərbin əsas istəyi Bəşar Əsədin ehtimal olunan süqutundan sonra vəziyyətə nəzarət etməkdir. 30 silahlı qrupdan ibarət olan müxalifətin dövlət qura biləcəyi şübhəlidir. Əl-Qaidə və digər qruplaşmalar Suriyada mürəkkəb vəziyyət yaradıb. Bu qruplaşmalar Bəşar Əsədi devirmək üçün bütün vəhşiliklərə əl atırlar. Duhə yığıncağı yeni siyasət təyin etmək üçün toplansa da silahlı qruplaşmaların fikrini dəyişmək inandırıcı görünmür. Silahlı müxalifətə Ərəbistan və Qatar 19 ay ərzində 36 milyard dollardan çox yardım göstərib. Silahlıların məğlubiyyəti ABŞ, Ərəbistan, Qətər və Türkiyənin məğlubiyyətidir. Bu toplantıda Keçid Şurasındakı fiqurlar dəyişə bilər. Amma tədbir hətta xaricdə dövlət yaradılmasında acizdir. Bu dövlət yaradılsa belə Suriya hökuməti üçün qorxulu deyil.”

Rusiya mətbuatı yazır ki, Duhə toplantısında Riyaz Seyfin layihəsi müzakirə olunacaq. Bildirilir ki, toplantıda Suriya müxalifətinə yeni rəhbərlərin seçilməsi gözlənilir. İclas haqqında ziddiyyətli məlumatlar dolaşmaqdadır. Kimi dövlət yaradılacağından, kimi müxalifətə yeni qrupların qoşulmasından danışır. Riyaz Seyf layihəsi ABŞ tərəfindən himayə olunur. ABŞ-ın və Fransanın bu layihəni himayə etməsi Suriya müxalifətini narahat edir. Toplantı bu gün başa çatmalıdır və öncədən nəzərdə tutulurdu ki, ABŞ prezidenti seçilən kimi yeni müxalifət elan edilsin.

Toplantıda 23 qrupdan 420 nümayəndə iştirak edir. 13 qrup ilk dəfədir müzakirələrə qatılır.

Riyaz Seyf layihəsinə əsasən mərkəzi Omanda olmaqla yeni siyasi rəhbərlik yaradılır və bu rəhbərlik Milli Keçid Şurasını əvəz edir. Toplantıda yeni rəhbərin seçilməsi də gündəmdədir. 3 nəfərin namizədliyi müzakirə edilir. Bunlar Milli Şuranın hazırkı rəisi Əbdül Basit Seyda, öncəki rəisi Bürhan Ğəlyun, müxalifətçi Riyaz Seyfdir.

Rusiya mətbuatı yazır ki, Klinton Suriya müxalifətinə qatılacaq yeni qrupların siyahısından danışıb. ABŞ və Britaniya mətbuatı Suriyadan qaçmış baş nazir Riyaz Hicab və bir sıra kürd liderlərinin müxalifətə qoşulacağını bildirir. Bu iclasa müqəddimə olaraq İstanbul və Omanda yığıncaqlar keçirilib. Omanda ciddi təhlükəsizlik tədbirləri altında baş tutmuş tədbirdə Riyaz Hicab, Riyaz Seyf, Müsəlman Qardaşlarının nümayəndəsi iştirak edib. Həmin iclasa qatılanlar arasında Mişel Kilo, Kəmal əl-Əbvani, İmadəddin Rəşid, Vəli əl-Bəni, Rizvan Ziyadə, Süheyr əl-Ətasi, Rima Fəlihanın da olduğu bildirilir.
Related Stories
Comment