0
Wednesday 5 June 2013 - 17:53

Ərdoğanın ən ağır günləri

Story Code : 270860
Ərdoğanın ən ağır günləri
Rəcəb Təyyib Ərdoğan dövləti 10 illik hakimiyyəti müddətində ən ciddi problemlərlə üzləşib. İstanbuldakı etiraz aksiyaları gözlənildiyindən daha şiddətli oldu. Ərdoğan “Gezi parkı”nda ticarət mərkəzi tikintisi planının bu sonluqla nəticələnə biləcəyini ağlından belə  keçirmirdi. Hər halda bu tikinti planı turizim və əyləncə şəhəri kimi tanınan böyük İstanbulun döyüş meydanına çevrilməsi üçün bir bəhanə oldu. Bildiyimiz kimi bu etirazlar ictimai parklardan birinin ticarət mərkəzinə çevrilməsi üçün “Gezi parkı”nın sökülməsi qərarından sonra başladı. Etirazların davamında isə aksiya daha da genişləndi və müxtəlif cəhətlərə yönəldi. Demək olar ki, parkın sökülməsinə yönəlmiş etiraz aksiyası xalqın digər zəminədəki etirazlarına bir qığılcım oldu. Bundan sonra polislə etirazçılar arasında ciddi qarşıdurmalar yarandı. Xalq Ərdoğanın ətraf mühitin viran edilməsi ilə bağlı cavab verməsini tələb edirdi. 
 
İstanbul etirazları təkcə bu şəhərlə məhdudlaşmır. Türkiyənin digər şəhərlərində də Ərdoğan dövləti əleyhinə ciddi etiraz aksiyaları təşkil olunub. Son bir neçə gün ərzində baş vermiş münaqişələr sonda polisin “Taksim” meydanını tərk etməsinə və geri çəkilməsinə səbəb oldu. Bundan sonra etirazçılar şəhər parkına gedərək dinc aksiya ilə İstanbuldakı “Gezi parkı”nın sökülməsi qərarının ləğvini qeyd etdi. 
 
Amma tikinti qərarının ləğvi etirazçıların yeganə istəyi deyildi. İstanbul sakinlərindən biri polislərin geri çəkilməsindən xoşhal olaraq deyir: Çox əla oldu, biz qələbə çaldıq və “Gezi parkı” yenidən bizə aiddir. Amma ümidvaram ki, Ərdoğan da istefa verəcək. 
 
Digər etirazçılar ətrafdakı dağınıqlara işarə ilə deyir: “Bura bizim mövqeyimizin göstəricisidir: Türkiyədə diktatura hökumətinin xatirəsi!”
 
Bu etiraz aksiyalarında müxtəlif quruplardan olan insanlar bir araya gəlmişdilər. Etirazçılar arasında solçulardan tutmuş, nasionalistlər və digər qruplara qədər hamını görmək mümkün idi. Polislə qarşıdurmada qələbə sevinci yaşayan bir qrup deyir: “Bu hələ başlanğıcdır. Bizim təlaşlarımız davam edir.” 
 
Bir çox dünya kanallarının Tükiyədəki polis vəhşiliyini işıqlandırdığı bir halda bu ölkənin əksər kanalları və dövləti himayə edən qəzetlər uyğun vəhşiliklər barədə susmağa üstünlük verir. Mühüm hadisələr əsnasında təcili mövqe sərgiləyən Ərdoğan isə şənbə gününədək uyğun mövzu ilə bağlı heç bir reaksiya göstərmədi. Amma bir müddət sonra Ərdoğan kameralar qarşısına çıxaraq uzun bir çıxış edərək xalqdan etiraz aksiyalarına son qoymasını tələb etdi. O söz verdi ki, ticarət mərkəzi ilə bağlı fəaliyyətlər dayandırılacaq. Bir halda ki, o özü həmin günədək uyğun planı dəstəkləyirdi. 
 
Türkiyə baş naziri dedi ki, polis bir neçə gün öncədən səhnədə olub və bundan sonra da etirazlar olan məntəqəni tərk etməyəcək. Taksim meydanı ifratçıların vəhşiliyə yol verə biləcəyi bir yer deyil. 
Ərdoğan əlavə edib: “Əgər mövzu mitinq keçirməksə, ictimai hərakatsa, mən qalxıb, onun 20 topladığı yerdə 200 min toplayaram. Onun 100 min topladığı yerdə, mən partiyam olaraq 1 milyon insan toplayaram. İşi buraya gətirməyin.” 
 
Digər bir etirazçı Türkiyədəki mövcud durumla bağlı belə deyir: Bu gün bütün xalq ölkədəki hərc-mərcliyə görə şikayətçidir. Xalq edilən hörmətsizliklərə, qanunsuzluqlara və Ərdoğan hökumətinin diktartorluğuna görə etiraz edir. Bu dövlət elə bir dövlat deyildi ki, xalqdan üzr istəsin, amma mövcud şərait səbəbindən elə görünür ki üzr istəməyə məcbur olacaq. 
 
Xəbər kanallarının etiraz aksiyalarını işıqlandırmaması xalqın qəzəbini daha da alovlandırıb. Xalq etiraz aksiyaları ilə bağlı xəbərlərin milli kanallar vasitəsi ilə yayımlanmaması səbəbindən xarici kanallar vasitəsi ilə aksiyaları izləyir. 
 
Bu etiraz aksiyalarında xalqın müxtəlif nümayəndələri, məsələn İstanbuldakı dükan, hotel, mehmanxana sahibləri və s. xalqla bir olduğunu nümayiş etdirib və polis təqibindən qaçan etirazçılara yer verib, etirazçılar arasında su paylayır və digər yollarla onları dəstəkləyir. Hətta bir çox tibb işçiləri və tibb universitetində oxuyan tələbələr etiraz aksiyaları keçirililən məntəqəyə gələrək oradakı yaralılara xidmət göstərir. Polisin etirazçılara qarşı zor tətbiq etməsi, əhali toplaşan ərazilərə gözyaşardıcı qaz atılması nəticəsində bir çox insan yaralanıb. Bu yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. 
 
Bunu da qeyd etmək yerinə düşərdi ki, Ərdoğana qarşı etiraz aksiyaları sadəcə Türkiyə sərhədlərində məhdudlaşmır! Ərdoğan dövləti əleyhinə aksiyalar Kiprdə türklərin yaşadığı məntəqələrdə də baş verib. Kiprin ən azı 5 şəhərində əhali Türkiyədəki vəhşiliklərə görə aksiya keçirib. Kiprdə tələbələr və işçilər Türkiyə səfirliyi binasına tərəf hərəkət edərək aksiya keçiriblər. Polis aksiyanın əvvəlində etirazçıları durdurmağa çalışıb amma sonradan onlara şüar səsləndirməsi üçün icazə verib.  
 
Bu aksiya dinc aksiya olub və etirazçılar arasında saxlanılan olmayıb. Kiprdən əlavə İngiltərə və digər bir neçə Avropa ölkəsində də Türkiyədəki etiazçılara dəstək aksiyası keçirilib. Xatırladaq ki, İstanbuldan sonra Türkiyədəki etiraz aksiyaları Ankara, İzmir kimi digər böyük şəhərlərə də sıçrayıb. Hətta etirazçılar baş nazirlik binası və AKP partiyasının binasına hücum da ediblər. Etirazçılar öncə İstanbul  merinin kənarlaşdırılmasını tələb ediblər və təhlükəsizlik işçilərinin cəzalandırılmasını istəyiblər. Amma hazırda onlar Rəcəb Təyyib Ərdoğanın istefa verməsini tələb edirlər. 
Related Stories
Comment