0
Tuesday 9 July 2013 - 23:51

İslamçılar ümidlidirlər

Story Code : 281375
İslamçılar ümidlidirlər
İslamçılar ümidlidirlər
Islam times.org/az/ - Dünən İslam Partiyasının sədr əvəzi Elçin Manafovun mətbuatda müsahibəsi yayılıb. Müsahibədə bəzi məqamlar diqqəti çəkməkdədir, elə təəsürat var ki, İslam Partiyasının funksionerləri əvvəlki zamanlara nisbətən bir qədər də fəallaşıb və siyasi baxımdan fikirlərində qətiyyətləşib.

Elə məqamlar da var ki, geniş və təfsilatlı şərh tələb edir. Elçin Manafov bildirir ki, İslam Partiyasının funksionerlərinin Milli Şuradakı təmsilçiliyi fərdi xarakter daşısa da vahid namizədin dəstəklənməsindən söhbət gedə bilməz bir halda ki, AİP-ın öz namizədi var, o da hicab məhbusu, partiyanın sədri Mövsüm Səmədovdur.

Elə burda açıqlanası şeylər var, bunu həm Milli Şuradakı digər siyasi qüvvələrin təmsilçiləri də diqqətdən kənar saxlamır həm də ölkə mətbuatı.

Aydın məsələdir ki, Milli Şuranın yaranmasının əsas səbəbi prezident seçkilərində vahid namizədlə çıxış etmək idi, bu məqsəd açıq şəkildə bəyan edilmişdi. O, da məlum idi ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov ola bilər. Belə çıxır ki, İslam partiyasının funksionerləri də vəziyyətdən agah idi, yenə də Milli Şurada təmsil olunmağa razılıq verdilər. Niyə?

Ona görə ki, islamçılar uzaqgörən addım atıb özlərini təklənməkdən sığortaladılar. Hacı Mövsümün namizədliyini irəli sürmələrinin səbəbini də Elçin Manafov bir qədər açıqlayıb, onun müdafiəsini və siyasi məhbus kimi vəziyyətinin ictimailəşdirməsini daha uğurla həyata keçirmək. Digər tərəfdən Milli Şuranın üzvləri, sədri və vahid namizəd bütün dünyaya səs salır ki, Milli Şura seçkilərə tək namizədlə gedəcək.

Bu ziddiyyət təkcə AİP-lə Milli Şura arasında deyil, həm də Müsavat partiyası ilə Milli Şura arasındadır, çünki az qala hər gün bir Müsavat funksioneri çıxıb deyir ki, İsa Qəmbərin namizədliyi qüvvədə qalır. Müsavatçılar elə hesab edir ki, birdən Rüstəm İbrahimbəyovun namizədliyi rəsmi qeydə alınmasa İsa Qəmbər önə çəkilə bilər.

Eyni situasiyanı Mövsümə aid etmək olmur, çünki, İsa Qəmbər Milli Şurada təmsil olunur, rezerv namizəd kimi Şura üzvlərinin hamısı olmasa da bir qismi tərəfindən qəbul oluna bilər. Müsahibsində Elçin Manafov hələ də ümid edir ki, Mövsüm Səmədov həbsdən azad oluna bilər və seçkilərdə iştirak edə bilər.

Bəlkədə bir dindar siyasətçi üçün bu qədər optimist görünmək təbiidir, ancaq oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, doktor Səmədovu həbsə atan İlham Əliyevdir, İlham Əliyevdən aman, xüsusilə dindarlara qarşı rəhim gözləmək absurddur.

Hətta möcüzə nəticəsində Mövsüm həbsdən çıxsa belə onun namizədliyinin qeydə alacaqlarına çox şübhə edirəm. Burda dindarları ola bilər aldadan imza məsələsidir, düzdür əlli min imza toplamaq asan deyil, islamçılar bu işin öhdəsindən asanlıqla gələcəklər, ancaq bütün proses bir bundan ibarət deyil axı. Bizi sevindirən isə budur ki, islamçılar kreativdirlər, ümidlidirlər və mübarizə aparmaq əzmindədirlər, mübarizəni də aparacaqlar.
Source : Islamtimes
Related Stories
Comment