0
Wednesday 5 March 2014 - 23:56

Nurçuların təlaşı

Story Code : 358462
Nurçuların təlaşı
Nurçuların təlaşı
Bir neçə gündür cəmiyyətdə və mətbuatda nurçuluq mövzusu gündəmi zəbt edib, müxtəlif, o cümlədən əliyev rejiminin nəzarətində olan mətbuat orqanları Azərbaycanda bir sıra rəsmi adamların, deputatların, tanınmış adamların nurçu olduqları, Fətullah Gülənin şəbəkəsində olduqları iddia edilir.

Əslində bizim portal da bir neçə dəfə bu mövzuya toxunub və nurçuların şəbəkəsinə aid olub fəaliyyət göstərən vəzifəli şəxslər haqqında yazmışıq, lakin onu da qeyd edək ki, həm bizim portalda həm də digər mətbuat orqanlarında nurçuların şəbəkəsində yer alan vəzifəli adamların heç də hamısı barədə məlumat verilməyib.
Adları çəkilən vəzifəli adamlar vəzifəli nurçuların heç 20 % belə deyil. Elə bilməyin ki, nurçu olan vəzifəli adamları öz dini təriqətini etiraf edir, əksinə bunu inkar edirlər. Onların nurçulara aid olduqları təkcə mətbuat orqanlarının tirajladığı məlumatlarda qeyd olunmur, həm də Azərbaycanın İstambuldakı baş konsulu Həsən Zeynalovun XİN-ə göndərdiyi diplomatik depşilərdə əks olunur.

Həsən Zeynalov mətbuata verdiyi açıqlamasında dediyi fikirlərdən belə aydın olur ki, Azərbaycanda olan vəzifəli nurçular Türkiyədəki hocaları ilə sıx əlaqədədir, liderləri – Fətullah Gülənə isə sadiqdir.

Baş konsulun nurçularla bağlı mətbuatda gedən məlumatları birmənalı təkzib etmədiyini müsahibəsindən görmək olur. Bu günlərdə yerli mətbuatda adları nurçuluqda hallanan vəzifəli adamlar bir birini ardınca məsələ ilə bağlı verdikləri açıqlamalarda bildirblər ki, onların nurçuluq cərəyanı ilə heç bir əlaqəsi yoxdur. Lakin adları hallanan heç də bütün vəzifəlilər inkar mövqeyindən çıxış etmədi, deputat Fazil Qəzənfəroğlu nurçu olduğunu heç gizlətmədi, baxamayaraq ki, digərləri bunu gizlətdi və inkar etdi.

Nurçuluq məsələsində ən sərt reaksiyanı deputat Qənirə Paşayeva verib. Əvvəl onun nurçuluqla əlaqsəi olduğunu yazan mətbuat orqanlarını qeyri obyektivlikdə ittiham etdi, bu gün isə Milli Məclisdəki çıxışında qeyd edib ki, adını nurçuluqda hallandıran mətbuat orqanları ilə bağlı MTN-ə müraciət ünvanlayıb.

Nurçular şəbəkəsinə aid olan vəzifəli adamların mətbuatda gedən məlumatlarda adlarının hallanması bu cür reaksiyaları təsadüfi deyil, çünki Türkiyədə baş verən son hadisələrdə həm ordakı Gülənlə əlaqəli olan vəzifəli adamlar işlərini bəzən də azadlıqlarını itirir, həm də heç kim zəmanət vermir ki, Ərdoğan İlham Əliyevdən gülənçiləri təmizləməsi ilə bağlı tələb etməsin.

Bu günlərdə isə Fətullah Gülənin Azərbaycan üzrə kuratoru, “Çağ öyrətim” şirkətinin prezidenti və Qənirə Paşayevanın da özünün də etiraf etdiyi dostu Ener Örenin Fətullah Gülənə yazdığı məktubdan sonra vəziyyət bir qədər də gərginləşdi ki, həmin sənədlə bağlı hüquq mühafizə orqanlarının ölçü götürüb götürməməsi hələ ki, məlum deyil.
Source : Islamtimes
Related Stories
Comment