0
Friday 21 March 2014 - 14:41

Nurçular “ovu”

Story Code : 364279
Nurçular “ovu”
Nurçular “ovu”
Son bir neçə həftədə Azərbaycan cəmiyyətində müzakirə olunan mövzulardan biri də əliyev rejiminin içinə yerimiş, nurçular haqqında gedən söz söhbətdir.

Söz söhbət deyəndə ki, ortalıqda faktlar və dəlillər də var. Virtualaz.org saytınında başlanan bu müzakirələr qısa zamanda bütün KİV-ni və sosial şəbəkələri bürüdü.

Müzakirələr getdikcə əliyev rejimində təmsil olunan dövlət məmurları və deputatların nurçu kimi adları yenilənir və hər biri haqqında da kompromatlar üzə çıxır, bele müzakirələrin getdiyi bir vaxtda bir birinin ardınca ABŞ-da məskunlaşan Fətullah Gülənin Azərbaycanda İran meyilli adamların dövlətdə təmsil olunmaları haqqında verdiyi açıqlamalar da mətbuat səhifələrində yer tapır. Çox qəribədir, deyilmi?

Bu günə qədər yaxın tarixdə Azərbyacanda İlham Əliyev qədər şiələri total represiyaya məruz qoyan olmayıb, ancaq Gülən gör nə deyir. Özünü imam adlandlran bir adam belə iftiralarla çıxış edirsə, özü də şiələrin başı bu qədər bəla çəkdiyi halda, bu adamın davamçılarından nə gözləmək olar?

Martın 17-də prezident İlham Əliyev imzaladığı sərəncamla Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovu tutduğu vəzifədən azad edilir. Bu xəbər ölkə gündəminə bomba kimi düşür və dərhal Elnur Aslanovla bağlı kompromalar Eynulla Fətullayevin saytına istinadən KİV-də yayılır.

Elnur Aslanovun anası və deputat Rəbiyyət Aslanova oğlunun vəzifədən getməsinə münasibət bildirərkən, qeyd edib ki, bu sərəncamdan xəbərsizdir və xaricdədir. Daha sonra mətbuat Elnur Aslanovla eyni əqidəni bölüşən dostları və onlar həm də məmurlardır, bu bardə araşdrmalara və kompromatları çap etməyə başladı, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun məsələsi gündəmə gəldi, lakin “strateq” and aman etdi ki, nurçuluqla heç bir əlaqəsi yoxdur.

Eynulla Fətullayevin rəhbəri olduğu saytda Elnur Aslanovun adamlarından sayılan Xaricdə Təhsil Alan və Oxuyan Azərbaycanlı Tələbələrin və Məzunların Beynəlxalq Forumunun sədri və həm də Prezident Administrasiyasının əməkdaşı sayılan Ramin Hakimov haqqında yazılan məlumatlardan görmək olur ki, bu gənc “oğlan” həm də mavi imiş, lakin dərd tək bu deyil, bu gənc “oğlan”a büdcədən külli miqdarda pul ayrılıb ki, rəhbərlik etdiyi təşkilatın xətti ilə Azərbaycanı dünyada tanıtsın, ancaq mavi vətəndaş pulu götürüb xaricdə özü kimi mavilərlə eyiş işrət içində əylənib.

Başqa yayılan xəbərlərdə deyilir ki, Milli Məclisdə nurçuların sayı 20-dən çoxdur və onlardan ən çox adı hallanan Ceyhun Osmanovdur. Nurçuların birləşdiyi təşkilat “Hizmət” hərəkatı adlandırılsa da, onlara “İmamın Əsgərləri” (burda imam deyiləndə Fətullah Gülən nəzərdə tutulur) deyənlər də az deyil.

Sonrakı məlumatlarda Gənclər və İdman naziri Azad Rəhimov, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərsu ASC-in sədri Qorxmaz Hüseynov da İmamın əsgərlərindədir. Azərbaycan mətbuatında nurçu qalmaqalı davam edən bir vaxtda Türkiyə mətbuatı da məsələyə aydınlıq gətirmək istədi və ondan başladı ki, Elnur Aslanov hansı səbəblə işdən çıxarılıb?

Türk jurnalistlərinin araşdırmalarından belə məlum olur ki, “Hizamət” hərəkatı Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı ciddi müqavimət göstərir, hakimiyyətin işini əngəlləyir, Azərbaycandakı əqidədaşlarından az dəstək almır. Buna görə Türkiyə baş naziri Ərdoğan İlham Əliyevə hələ çoxdan zəng edərək Azərbaycandakı nurçuları ling etməyi xahiş edib. Ancaq İlham Əliyev Ərdoğanın xahişini dərhal yerinə yetirmir, gözləyir görsün AKP-nin Türkiyədəki bələdiyyə seçkiləri qabağı reytinqi nə yerdə olacaq, çünki ola bilər Ərdoğan hakimiyyəti zəifləmiş və hakimiyyətdən getmək şansı çoxalmış olsun. Lakin İlham Əliyev əmin olduqda ki, Ərdoğan hakimiyyətinin reytinqlərdəki yeri yüksəkdir Ankaradan gələn xahişi yerə almır.

Elnur Aslanov vəzifədən uzaqlaşdırılması ilə bağlı hələlik heç bir açıqlama verməyib. Elnur Aslanov Azərbaycanda vəzifəli nurçular arasnda ən güclü fiqurlardan biri idi və burda maraqlı məqamlardan biri də bu oldu ki, onun vəzifədən uzaqlaşdırılması ilə bağlı heç bir rəsmi qəzet və hətta Azərbaycan Dövlət Televiziyası belə Elnur Aslanovun vəzifədən uzaqlaşdırılması ilə bağlı sərəncamı efirdə səsləndirməyib və bu məqam mətbuatın diqqətindən yayınmayıb.

Bu xəbəri yaymayan mətbuat orqanlarının rəhbərlərinin əqidədaşlar olması jurnalistlər üçün sərəncamın rəsmi xronikada işıq üzü görməməsinin səbəbinə çevrilib. Nə qədər inandırıcı görünməsə “Xalq”, “Azərbaycan”, kimi qəzetlər və AZTV-in Aslanovun işdən çıxarılmasını şərtləndirən sərəncamların işıqlandırılmaması çox ciddi məsələdir və yəqin ki, bu mövzu hələ uzun müddət gündəmdə qalmaqda davam edəcək, çünki nurçular başqa vəzifədən gedən adamlar kimi hər şeyi elə də müqavimətsiz qarşılamırlar.
Source : Islamtimes
Related Stories
Comment