0
Saturday 12 March 2011 - 00:03

Obama və amerikalıların acı ovqatı

Story Code : 58922
Obama və amerikalıların acı ovqatı
Obama və amerikalıların acı ovqatı
Amerikalı jurnalist və iqtisadi məsələlər üzrə araşdırmaçı Nikolas Piperin nəzərincə dövlətin iqtisadi böhranla müqabilə planlarının olmasına baxmayaraq, ABŞ iqtisadiyyatı zəifləyərək, insanların əməkhaqqları aşağı enib. Elə bu amil Amerika əhalisinin ovqatını acı edib. 

Biz bu gün Niklas Piperin məqaləsinin Wall Street Journal-dakı şərhini nəzərdən keçiririk:
 
Amerikanın iqtisadiyyatının
tənəzzül uğraması bu ölkəni 1994-cü ildən bu günədək ən yoxsul vəziyyətə gətirib. ABŞ-ın statistika komitəsinin verdiyi məlumatda bildirilir ki, ötən il Amerika xalqının 43 milyon 600 mini və ya 14.3 faizi yoxsul həyat sürübdür. Bu rəqəm 2008-ci ildə təkcə 13.2 faiz idi. Hazırda yeniyetmələr bu problemlə daha çox üzləşirlər. 

Statistikaya əsasən, uşaqların beşdə biri yoxsulluq
şəraitində yaşayır. Dörd nəfərdən ibarət olan yoxsul bir ailənin gəliri 21 dollar 95 sent ətrafındadır. Təbii ki, bu rəqəmlərə dövlət subsidiyalarını da əlavə etmək lazımdır. Hazırda 41 milyon 300 min amerikalıya gündəlik tələbatlarını təmin etmək məqsədi ilə pulsuz alış-veriş etmək üçün xüsusi kuponlar da verilir.

Davamı var...

"IslamTimes" - Tərcümə şöbəsi
Related Stories
Comment