0
Thursday 5 May 2011 - 23:21

"Əl-Qaidə" adlı qayda

Story Code : 70082
"Əl-Qaidə" adlı qayda
"Əl-Qaidə" adlı qayda
Oxuculara təqdim olunan bu yazı zamanın tələblərinə uyğun olaraq Amerikanın mümkün ssenarilərini təhlil edir.
 
Ben Ladenin ölüm xəbəri və ABŞ prezidenti Barak Obamanın "Ben Laden ABŞ hərbiçiləri tərəfindən müvəffəq bir əməliyyat nəticəsində qətlə yetirilib" söyləməsi ilk baxışdan ABŞ-ın terrorizmlə mübarizə apardığını nümayiş etdirir. Amma 11 sentyabr hadisəsindən artıq 9 il 7 ay ötüb. Həmin vaxtlar ABŞ bu partlayışların "Əl-Qaidə" tərəfindən həyata keçirildiyini söyləyirdi. Lakin Ben Ladenin bu qədər zaman fasiləsindən sonra qətlə yetirilməsi zehnlərdə böyük bir sual doğurur.
 
Maraqlısı budur ki, Obama bir halda qəhrəman kimi meydana çıxaraq Ben Ladenin ölümündən danışır ki, artıq uzun müddətdir ki, "Əl-Qaidə"nin 2-ci mühüm şəxsi kimi tanınan Eymən əl-Zəvahiri "Əl-Qaidə"nin rəhbəri kimi çıxış edir. Qərb mətbuatı da bütün nəzərləri Əl-Zəvahiriyə yönəldərək, ondan söz açır. 

Amerikanın NewYorkTimes qəzeti də digər Qərb mətbuat orqanları kimi yazır: "Amerika Ben Ladeni ovlasa da, artıq uzun müddətdir Eymən əl-Zəvahiri "Əl-Qaidə"yə rəhbərliyi ələ alıb və fəaliyyətini davam etdirir."
 
Daha aydın desək, Ben Laden bir onillik ərzində ABŞ-ın terrorizmlə mübarizə fəryadlarından sonra yanmış kütləyə çevrilmişdi. Başqa sözlə, Ben Ladenin istifadə tarixi sona çatmışdı. Ağ ev də bütün bunları nəzərə alaraq məntəqədəki digər muzdurlarının başına gətirdiyi bəlanı Ben Ladenin də başına gətirdi. 

ABŞ özü hazırladığı 11 sentyabr hadisəsindən sonra "Əl-Qaidə" və "Taliban"ı məhv etmək, terrorizmlə mübarizə bəhanəsi ilə kampaniya aparıb, Əfqanıstana hücum etdi. Amma 100 minlərlə günahsız, müdafiəsiz Əfqanıstan sakininin məhvinə qarşı səsini qaldıran olmadı. Bu hücum işğalçıların məntəqədə yerləşməsindən savayı bir şey deyildi. 

Hazırda bunu araşdırmalıyıq ki, ABŞ bu onillik ərzində Ben Ladeni həbs etməyə və ya qətlə yetirməyə qadir olduğu halda nə üçün bunu etməyib? Nə üçün məhz bu qədər zaman fasiləsindən sonra Ben Ladenin ölüm xəbəri Obama tərəfindən dünyaya açıqlanır? 

ABŞ-ın bu hadisə ilə bağlı bir neçə laylı ssenarisi və bu mövzuda ehtimallar Vaşinqtonun daxili məsələləri, onun regional siyasətləri ilə əlaqəlidir və bir neçə hissədə təsnif edilə bilər. 

1. Qarşıda ABŞ-da keçiriləcək seçkilər səbəb olub ki, duelə bənzəyən bu meydandan qalib çıxmaq üçün Demokratlar və Respublikaçılar bütün güclərindən istifadə etsinlər. Elə bu səbəbdən də bir çox ABŞ və Qərb təhlilçiləri Bin Ladenin ölümünün Obamaya gələcək seçkilərdə qalib gəlmək üçün böyük şans verdiyini açıqlayıblar. 

Bu mövzu ilə bağlı ABŞ-ın casusluq şəbəkəsi CİA-nın sabiq araşdırmaçısı Katlin Kristison KİV-lərə bildirib ki, Ben Ladenin qətlə yetirilməsinin bu günlərə təsadüf etməsi Obamaya ölkə daxilində çox kömək edəcək. Artıq deyə bilərik ki, seçkilər üçün təbliğat kompaniyalarına start verilib. Ben Ladenin ölüm xəbəri Obamanın reytinqinin sürətlə aşağı enməsinin qarşısını alacaq. Hətta siyasi araşdırmaçılar 2012-ci ildə seçki ərəfəsində Ben Ladenin öldürülməsinə aid şüarlar hazırlanacağını bildirib.
Source : Keyhan qəzeti
Related Stories
Comment