0
Tuesday 4 October 2011 - 06:47

ABŞ-dan İsrailə xəbərdarlıq

Story Code : 103539
ABŞ-dan İsrailə xəbərdarlıq
ABŞ-dan İsrailə xəbərdarlıq
"İsrail Fələstinlə yenidən anlaşmalı, Türkiyə və Misirlə əlaqələrini əvvəlki vəziyyətə gətirməlidir, yoxsa, daha da yalnızlaşacaq"

Yaxın Şərqə səfərə çıxan ABŞ müdafiə naziri Leon Panetta İsrailə xəbərdarlıq edib. Leon Panetta İsrail səfərindən öncə təyyarədə jurnalistlərə açıqlamasında deyib ki, İsrail liderlərinin fələstinlilərlə yenidən anlaşmağa başlaması, Türkiyə və Misirlə əlaqələrini əvvəlki hala gətirməsi vacibdir.

ABŞ müdafiə naziri bildirib ki, əks halda İsrail daha da yalnızlaşacaq. O, qarışıqlığın İsrailin Yaxın Şərqdəki digər dövlətlərlə və xalqlarla əlaqə qurma yollarını riskə atdığını söyləyib: “Qonşularla əlaqə qurmayan İsrailin öz təhlükəsizliyini aşındırma riskinə girir. Bu an bir çox dramatik dəyişikliyin yaşandığı Yaxın Şərqdə gedərək yalnızlaşmaq İsrail üçün yaxşı deyil. Ancaq bu baş verir. İsrail üçün bu günlərdə ən vacib addım qonşularla əlaqələrini inkişaf etdirməyi sınaqdan keçirməkdir”.

Qeyd edək ki, bu həftə İsrail və Fələstin liderləri ilə görüşlər keçirməyi planlaşdıran Leon Panetta daha sonra Brüsseldə NATO müdafiə nazirləri toplantısında iştirak edəcək.
Related Stories
Comment