0
Wednesday 5 October 2011 - 18:57
Pentaqona bağlı informasiya şəbəkələrinin etirafı

FaxNews: WallStreet-də etirazçıların tələbi bütün amerikalıların tələbidir

Story Code : 104007
USA protest
USA protest
"IslamTimes" “FaxNews”-a istinadən bildirir ki, etiraz dalğası solçulara aid edilsə də, aksiyaların tələbi bütün Amerika xalqının istəyidir. Etirazçılar bütün Amerika xalqının tələblərini ortaya qoyub.

WallStreet etirazları New York və başqa böyük şəhərlərdə iki həftədir davam edir. Minlərlə amerikalı gənc etiraz aksiyalarına
qatılıb. Polisin təzyiqləri və həbslər aksiyaların qarşısını ala bilmir.

“FaxNews” etiraz aksiyalarını tənqid edərək onun əhəmiyyətini kiçiltməyə çalışır. Hətta aksiyalar məsxərəyə qoyulur. Bir aksiyaçının NewYorkTimes-da gedən müsahibəsində “sizin sənətiniz nədir” sualına “mən inqilabçıyam” cavab verməsi ironiya
ilə təqdim olunub.

“FaxNews” təkid edib ki, aksiyalarda mühüm nöqtə Amerika xalqının əksəriyyətinin dözülməz şəraitdə olmasıdır. Ölkənin hər iki aparıcı partiyası xalqın bu günündən xəbərsiz bir fəzada yaşayır.

Məlumatın sonunda bildirilir ki, aksiyalar uzansa, Amerika xalqı ümidsiz bir vəziyyətdə suallarına cavab gözləyəcək.

17
sentyabrda New Yorkun Monhetten məntəqəsində minlərlə etirazçı ölkədəki iqtisadi və siyasi duruma etiraz bildirib. Onlar böyük şirkətlər və bankların kiçik bir qrupun əlində cəmlənməsinə etiraz ediblər.

Etiraz aksiyaları “WallStreet-i ələ keçirin” adı ilə məşhurlaşıb. Ölkədəki işsizlik, İraq və Əfqanıstandakı müharibələr
də şüarlarda yer alıb.

Aksiyalar Qərb teleşəbəkələri və mətbuatından işıqlandırılmayıb, ABŞ polisinin vəhşilikləri, bir gündə 700 nəfərin həbs olunması dünya ictimaiyyətindən gizlədilib.

Xəbər verilir ki, qarşıdakı günlərdə müəllim və fəhlələrin həmkarlar təşkilatı növbəti aksiyalara başlayacaq. Artıq gərginlik Boston, Çikaqo,
San Fransiskoya da keçib. Bazar ertəsi günü Los Ancelsdə aksiyalar baş tutub. Torontoda da aksiyalar planlaşdırılır.

Aksiyaçılar arasında kino rejissor Mayk Mur, məşhur aktyorlar Süzan Sarandon, Alek Baldvin də var. New Yorkun keçmiş qubernatoru Devid Peterson da aksiyaçılara qoşulub.

"IslamTimes" - Tərcümə şöbəsi
Related Stories
Comment