0
Sunday 16 October 2011 - 10:41

İİR-sı Qarabağ məsələsində yardıma hazırıdı

Story Code : 106661
İİR-sı Qarabağ məsələsində yardıma hazırıdı
İİR-sı Qarabağ məsələsində yardıma hazırıdı
İran münaqişənin sülh danışıqlarının tərəfdarı kimi, rəsmi Bakı ilə İrəvan arasında ərazi münaqişəsinin həllində yardım göstərməyə hazırdır".

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan və Ermənistan razlıq verəcəkləri tədqirdə İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin həllində yardım göstərməyə hazırdır. Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst məlumat verib.

"MehrNews"-un verdiyi xəbərə görə, Tatarıstanın paytaxtı Kazanda keçirilən mətbuat konfransında çıxış edən Mehmanpərəst həmsərhəd ölkələr arasında sərhəd mübahisələrinin yaranmasının adi hal olduğunu bəyan edib.

R.Mehmanpərəst deyib ki, Qərb dövlətləri KİV-dən müsəlman ölkələrində məlumatı təhrif üçün alət kimi istifadə edirlər.

"Regiondan kənar müəyyən qüvvələr bu münaqişədən istifadə edərək bölgənin daxili işlərinə qarışmaq istəyirlər. İran İslam Respublikası münaqişənin sülh danışıqlarının tərəfdarı kimi, rəsmi Bakı ilə İrəvan arasında ərazi münaqişəsinin həllində yardım göstərməyə hazırdır", - XİN nümayəndəsi bildirib.
Related Stories
Comment