0
Thursday 27 October 2011 - 13:41

Suriya xalqı bir daha Əsədə dəstək nümayiş etdirdi

Story Code : 109693
Suriya xalqı bir daha Əsədə dəstək nümayiş etdirdi
Suriya xalqı bir daha Əsədə dəstək nümayiş etdirdi
Yüz minlərlə suriyalı ötən gün paytaxt Dəməşqdə küçələrə çıxaraq dövləti himayə etdiklərini bildiriblər. Əllərində prezident Bəşar Əsədin şəkli və Suriya bayrağı olan əhali bütün xalqı birləşməyə çağırıb.

Aksiyada iştirak edənlər durmadan "Biz Bəşar Əsədi istəyirik" şuarını söyləyiblər.

Nümayişçilər plakatlara "yaşasın Suriya və onun rəhbəri, suriyalılar bir ailənin üzvüdür" kimi cümlələr həkk edib.

Aksiya iştirakçıları həmçinin Rusiya və Çin dövlətindən Suriya əleyhinə qətnaməyə qarşı çıxdıqları üçün təşəkkür ediblər.
Related Stories
Comment