0
Tuesday 8 November 2011 - 00:26

“Amerikanın yalanlarına diqqətli olun!”

Story Code : 112331
“Amerikanın yalanlarına diqqətli olun!”
“Amerikanın yalanlarına diqqətli olun!”
“IslamTimes” “JameJamOnline”a istinadən xəbər verir ki, İran xarici işlər naziri Ağ Ev rəsmilərinin ABŞ-dakı iqtisadi böhranla bağlı ictimai fikiri çaşdıran yalanlarına işarə ilə deyib: “Dünya ictimaiyyəti Vaşinqton başçılarının yalanlarına diqqətli olmalıdır.”

İran xarici işlər naziri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Şanxay əməkdaşlıq təşkilatının iclası haşiyəsində mətbuat konfransında
deyib: “Ağ Ev başçılarının bacarıqsızlığı iqtisadiyyat və siyasət baxımından zirvə həddinə çatıb. ABŞ rəsmiləri mövcud vəziyyəti ört-bastır etmək üçün hər cür yalana əl atır, hətta başqa ölkələr arasında münasibətləri pozmağa çalışırlar. Amerikanın İran əleyhinə son fitnəkar iddialarına toxunan Salehi deyib: “İran dövlət başçıları həmişə dünyanın müxtəlif
nöqtələrində terrora qarşı olub, bu gün də İran terrorun əsas qurbanlarından biri olan ölkədir.”

Xarici işlər naziri Ağ Evin fitnəkar terror ittihamlarını son 30 ildəki siyasətin təbii davamı sayaraq bu ittihamın məntəqə ölkələri arasında təfriqə yaratmağa yönəldiyini qeyd edib. Salehi deyib ki, Amerika bu iddialarla çıxış etsə də heç bir mötəbər sübut göstərə bilmədi və İrana qarşı terror iddialarının
siyasi mahiyyəti açıqlandı.

İran xarici işlər naziri Tehranın beynəlxalq müstəvidə terrora qarşı mübarizə istiqamətində fəaliyyətlərini yada salıb: “Beynəlxalq səviyyədə artan terrorla mübarizədə beynəlxalq həmkarlığa ehtiyac var və ayrı-ayrı faktlar üzərində dayanmaq düzgün deyil. İran İslam Respublikası terror əməliyyatlarında 16 min şəhid verib. Bu onun ən böyük terror qurbanı olduğunu göstərir.”

Salehi
məntəqədə İslami oyanış hərəkatına işarə ilə əlavə edib: “İran İslam Respublikasının mövqeyi budur ki, məntəqədə baş verən xalq qiyamlarının kökü beynəlxalq imperializmin istibdad rejimlərini himayəsində axtarılmalıdır. Bu hərəkatlar yoxsulluq, fəsad, təbəqələrarası uçurum, ədalətsizliyə qarşıdır. Şübhəsiz ki, məntəqə ölkələrində baş verən dəyişikliklər İranın diqqət mərkəzindədir. Biz dövlətlərlə
müxalifət arasında qurucu danışıqların tərəfdarıyıq.”

Salehi bildirib ki, xalqların iradəsini ordu gücünə qırmaq olmaz və bu qəbil rəftarların vaxtı keçib. O deyib: “Son illərin təcrübəsi göstərib ki, bəzi ölkələrin özbaşına hərbi fəaliyyətləri dünyada günahsız insanların qırğınını artırıb. Müstəqil ölkələrin hərbi təcavüzlə hədələnməsi yolverilməzdir.”
Related Stories
Comment