0
Sunday 20 November 2011 - 12:28

ABŞ Azərbaycandakı səfirini dəyişir?

Story Code : 115531
ABŞ Azərbaycandakı səfirini dəyişir?
ABŞ Azərbaycandakı səfirini dəyişir?
Onun bu vəzifəyə təyinatı cəmi bir il əvvəl baş versə də, diplomat artıq çamadan əhval-ruhiyyəsindədir. Brayza Bakını yaxın bir aya, Milad bayramına qədər tərk edəcək”. Xəbər redaksiyamıza diplomatik çevrələrə yaxın qaynaqlardan daxil olub. Məlumata görə, Azərbaycana və onun reallıqlarına digər amerikalı siyasətçi və diplomatlardan daha yaxşı bələd olan Metyu Brayzanın səfir kimi buradakı fəaliyyətinə son qoyması onun öz ölkəsindəki daxili siyasi proseslərlə bağlıdır. Yəni diplomat bu postdan birbaşa səlahiyyət müddətinin başa çatması amilinə, yaxud hər hansı texniki problemə görə yox, dolayısı ilə gələn ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar ayrılmaq məcburiyyətindədir. Bunun kökləri isə ötən ilin ortalarına gedib çıxır.
Related Stories
Comment