0
Sunday 18 December 2011 - 11:20

Aclıq üstündən aclıq…

Story Code : 123200
Aclıq üstündən aclıq…
Aclıq üstündən aclıq…
Müraciətdə Qəzənfər Ağayevin qanunsuz əməllərindən bəhs edilir:
“Masallı RIH başçısı Qəzənfər Ağayevin rayonda yaratdığı dözülməz vəziyyətə, rayonun abadlıq, quruculuq işlərinə, büdcədə nəzərdə tutulan digər vəsaitlərin mənimsənilərək onun heabına şəxsi biznesini yaradaraq obyektlər inşa etməsinə, torpaq sahələri almasına, özünün balıqçılıq biznesilə əlaqədar bütün su tutarlarnı şəxsi nəzarətinə keçirməsinə, əhalinin örüş sahələrində yeni su tutarları yaratmasına, sahibkarlara qarşı apardığı müharibəyə, insan hüquq və azadlıqlarına, yaşamaq, işləmək, mülkiyyət hüquqlarımızın kobud şəkildə pozulmasına, yarıtmaz fəaliyyətilə ətrafına yığdığı təcrübəsiz, bəsit düşüncəli kadrlarla əhalini kütləvi surətdə hakimiyyətdən narazı salması faktına istinad edərək, dövlət orqanlarına ünvanlanan müraciətlərə rəsmi və ya şifahi cavab verilməyib. Mətbuat klublarında dəfələrlə keçirdiyimiz konfranslarda, ölkə mətbuatında səslənən fikir və faktlara, Prezident Administrasiyasına kütləvi surətdə gedərək edilən şikayətlərə heç bir məhəl qoyulmamasına, bundan ruhlanan Qəzənfər Ağayevin rayonun inkişafına bu il üçün ayrılmış vəsaitləri mənimsəyərək yeni şəxsi obyektlər, torpaq sahələri, su tutarları almasına, bu əməllərini ifşa edən rayon ziyalılarına, ictimaiyyət nümayəndələrinə qarşı təqib, təzyiq, şantaj, izlənmə və həbs etdirmə cəhdlərinə, konstitusiyada təsbit olunmuş hüquqlarımızın sistemli şəkildə pozulmasına etiraz əlaməti olaraq 11 avqustda nəzərdə tutduğumuz, lakin PA-nın məsul işçisinin müraciətlərin araşdırılıb tədbir görüləcəyi barədəki sözünü aclıq aksiyasının keçirilməməsi tövsiyəsini nəzərə alaraq, təxirə saldığımız aksiyanı bərpa edib, 18 dekabrda rayon ziyalıları və ictimaiyyət nümayəndələri adından ”Hər evdə aclıq” aksiyası kampaniyasına başlayacağıq.
Nəzərə alsaq ki, 11 avqustda keçirmək istədiyimiz aclıq aksiyası ərəfəsində Masallı Ziyalıları IB sədri Məmmədağa Eynullayevin evinin heç bir əsas olmadan Qəzənfər Ağayevin göstərişi əsasında polis tərəfindən mühasirəyə alınaraq təzyiq, şantaj edilərək həbs olunmasına cəhd edilməsi və digər ziyalılara, ictimaiyyət nümayəndələrinə təzyiqlər edilməsi halları olmuşdursa, təbii ki, bu hərəkətlərin aclıq aksiyası keçirdiyimiz ərəfədə də təkrar olunmayacağına heç bir inam və etimad yoxdur.
Qəzənfər Ağayevin qanunsuz, cinayət əməllərinə, Masallı əhalisinə etdiyi zülmlərə son verilməsi ilə əlaqədar keçirəcəyimiz “Hər evdə aclıq” aksiyası dövründə, rayondakı dözülməz vəziyyəti nəzarətinizdə saxlamaqla rayondakı rəzalətə “Dur!” demək üçün müvafiq addımlar atılmasını, tədbirlər görülməsini xahiş edirik”.

Source : HaqqYolu
Related Stories
Comment