0
Friday 13 January 2012 - 16:31

İranın nüvə proqramı terrorla dayandırıla bilməz

Story Code : 129975
İranın nüvə proqramı terrorla dayandırıla bilməz
İranın nüvə proqramı terrorla dayandırıla bilməz
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, İran parlamentinin sədri Əli Laricani Türkiyə paytaxtı Ankarada mətbuat konfransı zamanı deyib: "İranın nüvə mütəxəssisinin terror edilməsi Tel-Əviv rejiminin İranın nüvə enerjisi proqramını dayandırmaq yönündə təlaşlardan naümid olduğunu göstərir."

Laricani deyib ki, İsrail və Qərb təzyiqlərin nəticə vermədiyini görəndə terrora əl atmağı qərar aldılar.

İslam Respublikasının Parlament sədri təkidlə burğulayıb ki, özünü bəşər hüquqlarının müdafiəçisi adlandıran ABŞ İranda baş verən terroru pisləmədiyi və İsrail rejimini müdafiə etdiyi üçün xəcalət çəkməlidir.

“Nüvə proqramı çərçivəsində başlayan hərəkat tam qüvvə ilə davam etdiriləcək. İran bu yolda istedadlı və iradəli cavanlara arxalanır. İsrail rejimi terror vasitəsi ilə İranın nüvə enerjisi fəaliyyətini dayandıra biləcəyini düşünürsə, zehni yöndən çox geri qalmışdır” – deyə Əli Laricani bildirib.
Comment