0
Wednesday 18 January 2012 - 18:20

Rusiyadan qərbə Suriya və İran xəbərdarlığı

Story Code : 131371
Rusiya - qərb - Suriya - İran
Rusiya - qərb - Suriya - İran
Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva rəhbərliyi İran və Suriyanı yenə müdafiə edib. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriya üçün bir tərəfli qərarın verilməsi bizim üçün qırmızı xətt olacaq. İrana qarşı hər hansı bir hücum məzhəb savaşlarını yenidən gündəmə gətirəcək.

2012-ci ili dəyərlindirmək üçün bu gün jurnalistlərin suallarını cavablandıran Lavrov, İranın nüvə fəaliyyətləri və bu ölkəyə qarşı sanksiyalara da toxunub.

Lavrov qeyd edib ki, İrana qarşı təzyiqlər Tehranın sülhməramlı nüvə proqramına sahib olması baxımından heç bir faydası olmayacaq. Bu istiqamətdə atılacaq addımın İranla nüvə proqram mövzusunda dialoqa zərbə vuracaq.

Bundan əlavə Lavrov, Suriyada müxalif güclərin silahlanmasına yardım edənləri də sərt şəkildə tənqid edib.

"Türkiyədə daxil olmaqla bəzi ölkələr vasitəsi ilə Suriya müxalifəti silahlandırılır.", deyə Lavrov bildirib.

S.Lavrov həmçinin Qəbələ RLS-dən istifadə edilməsinə dair danışıqlar prosesi barədə suala cavab olaraq bildirib ki, Rusiyanın icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyası barədə danışıqlar davam edir və söhbət icarə haqqının parametrlərindən gedir: “Bu məsələdə prinsipial problem yoxdur”.

Nazir daha sonra deyib: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə dair, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesində kömək məsələsinə dair səylərini də davam etdirmək niyyətindədir”.

S.Lavrov Xəzər dənizinin statusunun hüquqi tənzimlənməsi ilə əlaqədar vəziyyəti də şərh edib. O bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının 2010-cu il noyabr ayında keçirilmiş Bakı sammitinin qərarları iki parametr üzrə yerinə yetirilmir: “Həmin sammitdə iki əsas qərar qəbul edilib. Birincisi, nərə balıqlarının ovlanmasına moratoriumdur. Bunu indiyə qədər yerinə yetirmək mümkün olmayıb, lakin bu, Rusiyanın və ya Azərbaycanın təqsiri deyil”.

Onun sözlərinə görə, ikinci razılaşma Xəzərin statusu çərçivəsində sahilyanı zonalar müəyyən edilməsinə prinsipial razılıqla bağlı idi. Burada sahilyanı dövlətin suverenliyi nəzərə alınmaqla yalnız balıq ovu üçün nəzərdə tutulan zonalar yaradılacaq. “Biz məsləhətləşmələri davam etdiririk və zonaların eni barədə artıq razılığa gəlmişik, lakin bütün dövlətlərin hərbi gəmilərinin həmin zonalardan rahat keçə bilməsi üçün başqa məsələlərdə, o cümlədən zonalardan dinc məqsədlər üçün keçmək hüququ məsələsində irəliləyişə nail olmaq vacibdir” deyən nazir daha sonra bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Moskvada keçirilə bilər. Sammitin dəqiq vaxtı bir müddət sonra məlum olacaq.
Source : FaktXeber
Related Stories
Comment