0
Friday 27 January 2012 - 02:29

Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi

Story Code : 133398
Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi
Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi
Kinodramaturq Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti kimi fəaliyyətinə də xitam verdi.

Məşhur kinodramaturq və ictimai xadim Rüstəm İbrahimbəyov Fransanın “İncəsənət” ordenindən imtina etdiyini və Azərbaycan-Fransa mədəni əlaqələr cəmiyyətinin prezidenti vəzifəsindən istefa verdiyini bildirib.

R.İbrahimbəyovun bəyanatında deyilir: “23 yanvar, 2012-ci ildə Fransanı, onun böyük demokratik ənənələrini sevən hər kəs üçün təəccüb və məyusluq doğuran hadisə baş verdi. Bu ölkə vətəndaşlarının əsrlər boyu yaratdığı, bütün bəşəriyyətin mənəvi təşəkkülünə təsir etmiş dəyərlər sistemi dağılır. Demokratik dünyagörüşünün əsasında duran, minlərlə fransızın uğrunda həyatını fəda etdiyi azadlıq, bərabərlik, qardaşlıq anlayışları Fransa parlamentinin ”erməni soyqırımının" inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qərarı ilə sual altına alınır. Baxmayaraq ki, 1915-ci ildə I dünya müharibəsi zamanı baş vermiş faciəvi hadisələri dünya elm ictimaiyyəti fərqli şərh edir və iddia edilən məsələ barədə beynəlxalq səviyyəli məhkəmə qərarları yoxdur. Bu qanunu millətlərarası münasibətlər təcrübəsində təhlükəli presedent yaradan milli fobiyanın təzahürü kimi qiymətləndirənlərlə razılaşmamaq da çətindir.
Yeni qanunun Türkiyə əleyhinə yönəldiyi göz önündədir. Lakin onun əsirləri, faktiki olaraq bütün türk dünyasının nümayəndələridir və mən bir Azərbaycan vətəndaşı olaraq bildirirəm ki, yaranmış vəziyyətdə Fransanın “İncəsənət və ədəbiyyat” ordenindən imtina etməyə bilmərəm və Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti qismində fəaliyyətimə xitam verirəm. İnanmaq istərdim ki, Fransa Konstitusiya Məhkəməsində parlamentin bu qədər etiraz və diskussiyalara səbəb olmuş qərara yanaşmasında sağlam düşüncə üstünlük təşkil edəcək və o, əsas insan hüquq və azadlıqlarını kobud şəkildə pozan qanunun qüvvəyə minməsinə imkan verməyəcək" (“Turan”).

Related Stories
Comment