0
Friday 27 January 2012 - 03:31

Putin: “Rusiyada artıq heç bir zaman diktatorluq olmayacaq”

Story Code : 133406
Putin: “Rusiyada artıq heç bir zaman diktatorluq olmayacaq”
Putin: “Rusiyada artıq heç bir zaman diktatorluq olmayacaq”
Rusiya baş naziri Vladimir Putin heç bir zaman ölkədə diktatorluq rejimin olmayacağını ifadə edib. Sibirin Tomsk şəhərində universitet tələbəriylə bir araya gələn Putin ABŞ-ın müttəfiq deyil, özünə kölə ölkələr istədiyini bildirib.

Rusiyada "diktatorluq" iddialarının boş söhbət olduğunu deyən Putin deyib: "Biz açıq bir ölkədə yaşayırıq. Bizdə diktatorluq yoxdur. Ümid edirəm, artıq heç bir zaman da olmayacaq. Bizdə sərbəst iqtisadiyyat var və ümumiyyətlə şəffaf bir ölkədə yaşayırıq".

ABŞ-ın xarici siyasətlərini tənqid edən və Vaşinqtonu dünyaya hakim olmağa çalışmaqda ittiham edən Rusiya baş naziri deyib: "ABŞ hər şeyə nəzarət etmək istəyir. Bunu televiziyada açıq-aydın ifadə etmişəm. Məndə bəzən belə bir təəssürat yaranır ki, ABŞ-a müttəfiq peyk ölkələr lazımdır. Onlar nə Avropa, nə də bizimlə bərabər səviyyədə əməkdaşlıq etməyə hazır deyillər". /Deyerler/

Comment