0
Sunday 26 February 2012 - 10:26

Metyu Brayza Bakıya gəlib

Story Code : 140880
Metyu - Brayza - Bakı
Metyu - Brayza - Bakı
O, fevralın 24-də Bakıdakı bir rəsmi qəbulda da iştirak edib. Xatırladaq ki, həmin qəbulu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia öz iqamətgahında təşkil etmişdi. 100-dək nüfuzlu şəxsin, dövlət rəsmilərinin, diplomatların, səfirlərin, hüquq müdafiəçilərinin qatıldığı tədbirdə Metyu Brayza da ali qonaqlar arasında olub. Amma sabiq səfir Bakıya bu səfərinin məqsədləri barədə hər hansı açıqlama verməyib. Onun Bakıya konkret haçan gəldiyi, gedib-getmədiyi barədə də dəqiq bilgi yoxdur.

Qeyd edək ki, Metyu Brayza 2010-cu ilin dekabrından 2011-ci ilin son günlərinə qədər ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində işləyib. Ötən ilin sonlarında diplomatik xidməti başa çatdığı üçün ölkəmizdən gedib. Onun yerinə isə hələ təzə səfir göndərilməyib. /Deyerler/
Related Stories
Comment