0
Wednesday 14 March 2012 - 23:26

ABŞ və İsrailin fitnəkarlığı ifşa olundu

Story Code : 145626
Obama -Netanyahu
Obama -Netanyahu
Dünya mətbuatı Obama və Netanyahunun Ağ Evdəki görüşlərinin pərdəarxası məqamlarını nəzərdən keçirir. Blumberqin bir şərhçisi yazır: “Netanyahu və Obama arasındakı danışıqlardan kimsə xəbər tuta bilməz. 5 mart günü Ağ Evdə baş tutmuş görüşdə bu iki şəxs arasında hansı söhbətlər olub? Bunu onların müşavirləri də bilmir.”

Amerikalı siyasi şərhçi Cefri Qoldberq Blumberqdə çap olunmuş məqaləsində yazır: “Netanyahu İranın nüvə təsisatlarına havadan zərbələr barədə qəti qərarla çıxış etməyib.
O Obama ilə İranın nüvə fəaliyyətlərini dayandırmağın yollarını müzakirə edib. Əsas müzakirə mövzusu sanksiyalar olub."

Bu şərhə əsasən Netanyahu ötən 15 ildə vəzifədə olduğu və olmadığı vaxtlar ərəb başçılarını İranın nüvə proqramlarına qarşı qaldırmağa çalışıb. O həmişə İsrailin İrana hücumu barədə bəyanatlarla ərəbləri qorxutmağa səy göstərib.

Qoldberq bu maraqlı fikirlərinə əlavə edir: “Ötən uzun müddətdə İsrailin İrana heç bir hücumu baş tutmayıb. İsaq Rabinin vaxtından bu yana yalnız hücumlar
haqqında boş bəyanatlar verilir. Bəzi şərhçilər İrana hücumu qaçılmaz saysalar da bu baş vermir."

Göründüyü kimi Netanyahu danışmağı iş görməkdən çox sevir. İkinci bir nöqtə budur ki. Netanyahu öz sələflərinin ziddinə olaraq hərbi qüvvədən yalnız HƏMAS və Hizbullah kimi qruplaşmalara qarşı istifadəyə qadirdir. Qalan bəyanatlar isə sözdən başqa bir şey deyil.

Qoldberq Netanyahunun İPAC-də 5 mart çıxışını nümunə göstərir və 13 min yəhudi qarşısındakı bəyanatları təbliğat sayır. Əgər bəyanatlar ciddi olsaydı
bugünədək hücum baş verməli idi. Amma göründüyü kimi ortada yalnız söz var.

Netanyahunun rəftarları ilə bağlı üç ehtimal var. Sabiq İsrail hərbçisi bildirir ki, Netanyahu bacarıqsız bir şəxsdir, İrana hücumdan dolayı ABŞ-la münasibətlərin pozulacağından qorxur, İrana hücum bəyanatları Netanyahu-Obama oyununun bir hissəsidir.

Qoldberq bu üç ehtimal arasında üçüncüyə daha çox diqqət yetirir. O bildirir ki, İsrail boş bəyanatlarla xal qazanmaq istəyir. Əslində Obama və Netanyahu bir-birlərini bəyənmir və bir-birlərinə
inamırlar. Amma son iki ildə İrana qarşı təbliğatda ələ-ələ veriblər. Obama İrana qarşı sanksiyalara necə nail oldu? O ətrafdakıları qorxutdu ki, sanksiyalar qəbul olunmasa Netanyahu Yaxın Şərqdə müharibə alovu qalayacaq. Obama özünə yaxşı insan rolunu götürüb Netanyahuya pis insan rolunu verdi.

Amerikalı müəllif sözünü belə tamamlayır: “Kimsə Netanyahu və Obama arasındakı söhbətlərdən xəbərdar deyil. Ağ Evdə tənhalıqda baş tutmuş söhbət qaranlıq olaraq qalır.”

"IslamTimes" - Tərcümə şöbəsi
Related Stories
Comment