0
Wednesday 2 May 2012 - 07:02

“ABŞ və Qərb ölkələri İslamabadı İran əleyhinə sanksiyalara qoşulmağa məcbur edə bilməz”

Story Code : 158288
Pakistan - USA - Iran
Pakistan - USA - Iran
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. ABŞ-ın rəsmi məktubuna cavab olaraq bildirilib ki, ABŞ və Qərb ölkələləri rəsmi İslamabadı İran əleyhinə sanksiyalara qoşulmağa məcbur edə bilməz.

Qeyd edək ki, ABŞ-ın Pakistandakı səfirliyi bu ölkənin XİN-nə rəsmi nota verərək, rəsmi İslamabadı İrana qarşı sanksiyalara qoşulmağa çağırıb. Rəsmi Vaşinqton İranla ticarət əlaqələrini inkişaf etdirəcəyi təqdirdə, Pakistan şirkətlərinə də sanksiya tətbiq ediləcəyini bildirib.
Related Stories
Comment