0
Tuesday 15 May 2012 - 07:12

Xocalı soyqırımını kim törədib? Sss!..

Story Code : 162007
Xocalı soyqırımını kim törədib? Sss!..
Xocalı soyqırımını kim törədib? Sss!..
Məsələ ilə bağlı Modern.az millət vəkillərindən münasibət öyrənib. Xocalıdan olan deputat Elman Məmmədov artıq bu soyqırımının dünya tərəfindən qəbul olunduğunu deyib, eyni zamanda qeyd edib ki, abidə üzərində hadisənin kimlər tərəfindən törədildiyi göstərilməlidi: “Bu soyqırımı erməni milləti tərəfindən törədilib. Bu təsdiq olunmuş bir faktdır. Artıq BMT, ATƏT, İslam Konfransı Təşkilatının, Avropa Şurasının Xocalı soyqırımı ilə bağlı müvafiq sənədləri var. Hətta Kolumbiyanın, Meksikanın parlamenti də bunu qəbul edib. Fikrimcə abidənin üzərində bütün məlumatlarla yanaşı, soyqırımının ermənilər tərəfindən törədilməsi mütləq qeyd olunmalıdır”.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də belə hesab edir ki, abidə üzərində bu fakt qeyd olunmalıdır: “ Əslində statistik rəqəmlərlə yanaşı, bu hadisənin kimlər tərəfindən nə vaxt törədildiyi göstərillməlidir. Həmçinin soyqırımının hansı münaqişə dövründə baş verdiyi də orada həkk olunmalıdır. Eyni zamanda orada soyqırımına məruz qalanların dinc əhali olduğu göstərilməlidir. Soyqırımının törədildiyi abidə üzərində ingilis, rus dillərində mütləq göstərilməlidir. Əgər abidə üzərində yer olmasa belə, onda kiçik bir lövhə qoyularaq həmin lövhə üzərində bu məlumatlar yerləşdirilməlidir. Solunda, sağında daşdan lövhəcik qoyub, bu hadisənin nə vaxt, hansı müharibə dövründə törədildiyi həkk olunmalıdır”.
Related Stories
Comment