0
Tuesday 15 May 2012 - 19:11

Yunanıstanda son bir ayda ikinci dəfə növbədənkənar parlament seçkiləri keçiriləcək

Story Code : 162274
Yunanıstanda növbəti parlament seçkiləri
Yunanıstanda növbəti parlament seçkiləri
APA-nın məlumatına görə, müvəqqəti hökumət ölkədə növbədənkənar seçkilər keçirilənə kimi əsas icraedici orqan funksiyasını həyata keçirəcək. Ölkədə son parlament seçkilərindən sonra yeni hökumət qurmaq cəhdləri boşa çıxdığına görə, prezident iyunda növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Mayın 6-da keçirilən seçkilərdə partiyalardan heç biri əksər səs çoxluğu qazana bilməyib və bütün cəhdlərə rəğmən koalisiya hökuməti qurmaq mümkün olmayıb.

Maliyyə böhranı keçirən Yunanıstan Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondundan aldığı milyardlarla dollar kredit müqabilində xərcləri sərt şəkildə azaldacağı barədə öhdəlik götürüb. Yunanıstanın xilası proqramı dayandırılacağı təqdirdə ölkənin Avrozonadan çıxarılması təhlükəsi var.
Related Stories
Comment