0
Saturday 19 May 2012 - 14:01

Amano İranla AEBA arasında əməkdaşlığın inkişaf etdirilməsini istəyir

Story Code : 163324
Amano İranla AEBA arasında əməkdaşlığın inkişaf etdirilməsini istəyir
Amano İranla AEBA arasında əməkdaşlığın inkişaf etdirilməsini istəyir
“Yukiya Amanonun Tehrana səfəri Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İran arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə açıqlama verib. O bildirib ki, Y. Amanonun İrana 1 günlük səfərində onunla birgə müavini Herman Nakerts və köməkçisi Rafael Qroosi də gələcək: “Yukiya Amano ilə görüşümüzdə hər iki tərəfi də maraqlandıran məsələləri müzakirə edəcəyik”. Agentliyin icraçı direktorunun İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə də görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Y. Amano Tehrana ilk dəfə səfər edəcək.
Related Stories
Comment