0
Friday 8 June 2012 - 01:03

İran Məclis spikeri: Qlobal güclər od ilə oynayırlar

Story Code : 169206
İran Məclis spikeri: Qlobal güclər od ilə oynayırlar
İran Məclis spikeri: Qlobal güclər od ilə oynayırlar
Islam times.org/az/ - Laricani Tehranda Hindistanın auditor generalı Vinod Rai ilə görüşündə deyib: “Dünya gücləri çalışırlar ki, inqilab baş verən ölkədəki vəziyyətləri öz xeyirlərinə dəyişsinlər. Onların halı od ilə oynayan insan bənzəyir.”

O Tehran və Dehli arasında olan əlaqələrin İranın Şərq siyasəti ilə uyğun gəldiyini deyərək bildirib ki, Məclis hər iki ölkənin maraqları çərçivəsində olan çalışmaları və cəhdləri dəstəkləyir.

İran rəsmisi həmçinin iki tərəfli əlaqələrin daha da inkişafı üçün siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Hindistan rəsmisi isə öz növbəsində anti İran çıxış və ölçüləri pisləyərək İslam Respublikası ilə siyasi, iqtisadi, və ticari əlaqələrin mühümlüyünü nəzərə çatdırıb.
Source : Islamtimes
Comment