0
Thursday 14 June 2012 - 11:12

İran və Rusiya hərtərəfli əməkdaşlıqların genişləndirilməsi zərurətinə təkid ediblər

Story Code : 171142
Sergey Lavrov - Əli Əkbər Salehi
Sergey Lavrov - Əli Əkbər Salehi
İran İslam Respublikası və Rusiyanın xarici işlər nazirləri əlaqələr səviyyəsinin yüksəldilməsi habelə regionda təhlükəsizlik və stabilliyin bərqərar edilməsi məqsədilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi zərurətinə təkid ediblər.
İranın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Baş İdarəsinin verdiyi məlumata görə İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün çərşənbə günü Tehranda Rusiyanın xarici işlər naziri ilə görüşdə müxtəlif mövzular haqda iki ölkənin fikir mübadilələri aparmasının uzun keçmişinə də işarə edib.
" Rəsmi Tehran və Rəsmi Moskva güvənilən və etimad edilən dost və şərikdirlər və müxtəlif sahələrdə geniş əməkdaşlıqlara malikdirlər" –deyə Əli Əkbər Salehi sözlərini davam etdirib.
İranın Xarici Diplomatiya İdarəsinin sədri sonra deyib:" Rusiya və İranın taleyi , iki qonşu ölkə kimi sıx formada bir-birlərinə bağlıdır və iki ölkə çoxlu müştərək maraqlara malikdirlər".
Bu görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Çində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı kənarında İran İslam Respublikası və Rusiya prezidentlərinin ikitərəfli əməkdaşlıqların genişləndirilməsi haqdakı müzakirələrinin mühüm və qənaətbəxş olduğun önə çəkib.
Lavrov deyib:" İki ölkənin əməkdaşlıqları, xüsusilə regionun təhlükəsizliyi, Xəzər Dənizi, Suriya və Əfqanıstan haqdakı əməkdaşlıqları ciddi formada izlənilməli, və davam etdirilməlidir".
Rusiyanın xarici işlər naziri, paytaxt Moskvada keçirilməsi qərara alınmış Suriya haqdakı beynəlxalq konfransda İran İslam Respublikasının iştirakı və işbirliyini də effektli və zəruri adlandırıb.
Bəzi ölkələrin Suriya hadisələri haqdakı ikili siyasətlərini tənqid edən Sergey Lavrov sonra deyib:" Qeyd edilən ölkələrin rəsmilərinin, Suriyada toqquşmaların sona çatması zəruriliyi üzrə sözləri,onların, Suriyadakı silahlı yaraqlılara təhvil vermək üzrə hərəkətləri ilə ziddiyyət təşkil edir".
Rusiyalı nazir bəzi ölkələrin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasının Suriya məsələləri üzrə müştərək nümayəndəsi Koffi Annan-ın layihəsinin icrası qarşısında maneəçilik törətmək cəhdlərinə də toxunub.
" İran İslam Respublikası və Rusiya Suriyada atəşkəsin bərqərar edilməsi və diplomatik müzakirələrin keçirilməsi məqsədilə olan Koffi Annan-ın layihəsinin icrası uğrunda səy göstərirlər" –deyə Lavrov sözlərini davam etdirib.
Moskvada İranla 5+1 Qrupu arasında müzakirələrin keçiriləcəyinə işarə edən Rusiyanın xarici işlər naziri ümid edibdir ki, Moskvada İranla Altılar Qrupu arasındakı müzakirələr zamanı, məntiqli nailiyyət və həll yolu əldə edilsin və yanlış anlayışlar aradan qaldırılsın.
Lavrov Qərbin İrana qarşı sanksiyaları haqda da münasibət bildirib.
" Moskvanın mövqeləri həmişə şəffaf olubdur və Rusiya bütün ölkələrin sanksiya edilməsi ilə müxalifdir" –deyə Lavrov qeyd edib.
İranın xarici işlər naziri Əli Əkbər Salehi də bu müştərək mətbuat konfransında terrorçu qrupların Suriya hökumətindəki islahatların keçirilməsinə mane olduqlarını bildirərək, deyib:" Suriya rəsmiləri bu ölkə xalqının qanuni tələblərinə cavab vermə fürsətinə malik olmalıdırlar".
Salehi deyib:" İran İslam Respublikası "Suriyalı-Suriyalı" metodundan istifadə edilib, xarici müdaxilə olmadan Suriya mövzusunun həll edilməsini istəyir".
İranın xarici işlər naziri Rəsmi Tehranın Rusiyanın paytaxtı Moskvada keçiriləcək 5+1 Qrupu ilə müzakirələri haqdakı mövqelərini də şərh edib.
" Türkiyənin İstanbul şəhərində habelə İraq paytaxtı Bağdad şəhərində İranla 5+1 Qrupu arasındakı müzakirələrin axarı indiyə qədər doğru-düzgün istiqamətdə olubdur və Rəsmi Tehran Moskvada bu müzakirələrin yekun nəticəsinə nikbindir" –deyə Salehi ifadə edib. /HaqqYolu/
Related Stories
Comment