0
Thursday 28 June 2012 - 22:51

“Qarabağda müharibə başlasa, qalib Rusiya olacaq”

Story Code : 175120
“Qarabağda müharibə başlasa, qalib Rusiya olacaq”
“Qarabağda müharibə başlasa, qalib Rusiya olacaq”
“Əgər Azərbaycan və Ermənistan arasında müharibə başlasa, əminliklə deyə bilərəm ki, Rusiya qalib olacaq. Beləliklə də, Cənubi Qafqaz problemini birdəfəlik öz xeyrinə yoluna qoyacaq”. “Qafqazinfo”nun məlumatına görə bu sözləri, “Civil.ge” saytına müsahibəsində Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib. O, əminliklə vurğulayıb ki, əgər müharibə baş verərsə bundan daha çox Gürcüstan zərər çəkəcək. Nazirin sözlərinə görə, Rusiya onsuz da Gürcüstana güc tətbiq etmək istəyir, lakin bu dəfə Dağlıq Qarabağ vasitəsilə bunu edəcək: “Bizim üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və regionda hərbi qarşıdurmanın olmaması tamamilə əhəmiyyətlidir”.

Vaşadze onu da vurğulayıb ki, Gürcüstanın maraqlarına qonşu ölkələr və regionlarla sülh münasibətləri qurmaq daxildir: “Bir tərəfdən ətrafımızdakı münaqişə və qeyri-sabitlik mənbələrini azaltmaq ölkəmizdə mövcud münaqişələrin həlli imkanlarını artırır. Digər tərəfdən, qonşuluğumuzda həll olunmamış problemlərin mövcudluğu bizim ölkədəki mövcud münaqişələrə mənfi təsir göstərir”.

Nazir onu da qeyd edib ki, Rusiya heç bir zaman Cənubi Qafqaza tam nəzarət etmək və aparıcı güc olmaq kimi strateji məqsədini gizlətməyib: “Əgər o, imkan tapsa, mütləq Dağlıq Qarabağ problemini hərbi yolla həll etməyə cəhd edəcək”.
Source : Qafqazinfo
Related Stories
Comment