0
Tuesday 3 July 2012 - 08:10

ABŞ batdı - Azərbaycan ABŞ-a sərt sərt cavab verəcək!

Story Code : 176241
ABŞ batdı - Azərbaycan ABŞ-a sərt sərt cavab verəcək!
ABŞ batdı - Azərbaycan ABŞ-a sərt sərt cavab verəcək!
Amerikadakı Erməni Assambleyasının məlumatına görə, Birləşmiş Ştatların Dövlət Departamenti Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxarıb. Və Azərbaycana hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina edib.
Məlumatda bildirilir ki, Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi, ermənipərəst Harvard Bermanın Konqresə ünvanladığı narahatlığından sonra bu məsələ gündəmə gəlib. Konqresmen ABŞ dövlət katibi Hillari Klintona ünvanladığı məktubda bildirib ki, əldə olunan bu silahlardan Azərbaycan Ermənistana və Dağlıq Qarabağa qarşı istifadə edə bilər.
Politoloqların fikrincə, Dövlət Departamentinin bu addımı seçkiqabağı erməni lobbisinin dəstəyini qazanmaq məqsədi ilə atılıb və çox güman ki, müvəqqəti xarakter daşıyır.
Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə bildirir ki, bu kimi siyasəti yürüdərək Amerika sadəcə regionda sakitliyi təmin etməyə çalışır: “Bu əslində Amerikanın köhnə siyasətidir. Yəni, Amerika hökuməti hesab edir ki, nə Azərbaycana, nə də Ermənistana silah satmasın və Amerika silahı regiondakı gərginlikdə katalizator rolunu oynamasın. Bu qərar təkcə Azərbaycana aid deyil. Amerika həmçinin Ermənistana qarşı belə qərar qəbul edib”.
Xarici işlər nazirinin müavini Araz Əzimov isə ANS-ə bildirib ki, artıq Xarici İşlər Nazirliyi Dövlət Departamentinə məlumatla bağlı sorğu göndərib. Amma hələ ki, sorğuya cavab verilməyib: “Əgər məlumat təsdiqlənərsə, Azərbaycanın buna cavabı sərt olacaq. Çünki Birləşmiş Ştatların bu qərarı Azərbaycanla Amerika arasındakı təhlükəsizlik sazişinə ziddir”.
Related Stories
Comment