0
Tuesday 17 March 2009 - 12:42

BU GÜN FƏLƏSTININ AMERIKALI ŞƏHIDININ ILDÖNÜMÜDÜR

Onun şərafətli ölümündən - şəhadətindən 6 il keçir.
Story Code : 1800
BU GÜN FƏLƏSTININ AMERIKALI ŞƏHIDININ ILDÖNÜMÜDÜR
Bu gün dünyanın vicdan səslərindən olan, sionist vəhşiliyini amerikalı qurbanı xanım Reyçel Korrinin şəhadətə yetişdiyi gündür. Yaşından böyük olümlə bu dünyaya gözlərini yuman Reyçel xanım sionizmin Fələstində törətdiyi zülmlərə dözməyərək zamanının vicdan səsinə çevrildi.

Reyçel Korri 10 aprel 1979-cu ildə Amerikada dünyaya göz açmışdır. Amerika Beynəlxalq Həmrəylik Hərəkatının (İSM) üzvü olmuş Reyçel 2003-cü ildə qərbin bir çox insan haqları müdafiəçiləri ilə birlikdə Fələstinə yollanmışdır. Həmin ərəfədə sionist rejimin müdafiə nazirliyi tərəfindən Qəzzadakı fələstinlilərin evlərini uçurmalarına etiraz edərkən buldozerin altında qalaraq şəhid olmuşdur. Beləki gözləri qan qoymuş işğalçı vəhşilər evlərin dağıdılmasına etiraz əlaməti olaraq onların qarşısını kəsən Reyçelin üzərindən rəhimsizcəsinə adlayaraq sionist dağıntılarına davam etmişlər. Bu hadisə düz 6 il bundan öncə, 16 mart 2003-cü ildə II İntifazə zamanı Qəzzada baş vermişdir.

İndi xanım Reyçel Korrinin gündəliyi Amerika gənclərinin stolüstü kitablarındandır. Onun 24 illik şərəfli həyatı Qərb gəncliyi kimi bütün dünyanın gəncləri üçün örnəyə çevrilməkdədir.
Comment