0
Tuesday 31 July 2012 - 02:53

Suriya ordusu Hələbi silahlı müxaliflərdən təmizlədi

Story Code : 183598
Suriya - Hələb
Suriya - Hələb
Suriya təhlükəsizlik qüvvələrindən olan bir səlahiyyətli ordunun ölkənin ikinci böyük şəhəri Hələbdə silahlı müxalifətin nəzarətindəki Səlahəddin şəhərini geri aldıqlarını bildirib. Paytaxt Dəməşqdə beynəlxalq mətbuata açıqlama verən səlahiyyətli deyib: "Suriya ordusu Səlahəddin şəhərinin nəzarətini təmin etdi və terroristlərə hücuma davam edir". (CHA)

Xatırladaq ki, artıq 3 gündür ki, Suriya ordusu ilə silahlı müxalifət arasında Hələb şəhəri uğrunda döyüşlər gedir. Hələbdə müxaliflərin nəzarətindəki bölgələri geri qaytarmaq üçün ordunun başlatdığı hərbi əməliyyatlar üçüncü gündür uğurla irəli aparılır.
Source : XezerXeber
Related Stories
Comment