0
Sunday 12 August 2012 - 23:29

İslam Partiyası bəyanat verdi

Story Code : 187006
İslam Partiyası bəyanat verdi
İslam Partiyası bəyanat verdi
Azərbaycan İslam Partiyası ruhani Hacı Abgül Süleymanovun həbsi ilə bağlı bəyanat yayımlayıb. Partiyanın mətbuat xidmətindən Faktxeber.com-a daxil olan bəyanatda deyilir:
Azərbaycanda ruhanilərin təqib və həbsləri davam edir. Növbəti təqib olunanlar içərisində ruhani Abgül Süleymanova Bakı Ağır Cinayətlərə dair Məhkəmədə 11 il həbs cəzasının kəsilməsi mömin insanlara qarşı yönələn qərəzli münasibətin ifadəsidir. Əvvəlcədən ssenariləşdirilmiş və qondarma ittihamlarla tərtib olunmuş istintaq prosesinin görünən nəticələri məzhəkəli məhkəmə salonunda təsdiqini tapdı. Hətta son iclasa mətbuat nümayındələri buraxılmadı. Amma Abgülləri tanıyanlar yaxşı bilirlər ki, onlara şamil edilən ittiham aktındakı cinayət hərəkətləri qondarma və böhtandır. AİP belə həbsləri azad düşüncənin, Allahdan başqa heç kəsə təslim olmamağın hakim dairələrdə yaratdığı xof və qorxu kimi dəyərləndirir. Amma insanların təməl dəyərlərinə belə münasibət heç bir hakimə, heç bir vəzifə sahibinə başucalığı gətirməz. Haqqı pərdələmək, cəmiyyəti həqiqəti görməyə mane olmaqla irəli getmək, etimad qazanmaq qeyri-mümkündür. Vətənpərvər qüvvələri cəmiyyətdən təcrid etmək xalqımıza zərərdən başqa bir şey vermir. Biz bu cür həbsləri ümumixalq maraqlarına zidd mövqe kimi qiymətləndirir, pisləyirik. Haqsızlığa son qoymağın vaxtının çatdığını bəyan edir, dindarların hüquqlarının bərpasını tələb edirik.
Comment