QR CodeQR Code

Rusiyanın Londondakı səfirliyinə hücum olub

18 Aug 2012 11:29

IslamTimes - Rusiyanın Londondakı səfirliyinə hücum olub, binaya kifayət qədər maddi zərər dəyib.


Modern.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyinə hücum olub, binaya kifayət qədər maddi zərər dəyib. Bu haqda məlumatı diplomatik nümayəndəlik yayıb.

Rus mətbuatının məlumatına görə, Rusiyanın Londondakı səfirliyinə hücum edənlər Suriya hökümətinə qarşı lozunqlarla çıxış edib və səfirliyin binasını daş-qalaq edib. Binaya kifayət qədər maddi zərər dəysə də, xəsarət alan olmayıb.
Baş vermiş hadisəni şərh edərkən Rusiyanın xarici işlər naziri bunun Londondakı Rusiya səfirliyinə ilk hücum olmadığını bildirib. Nazir əlavə edib ki, “biz bunu Londonda olan nümayəndəliyimizin toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndiririk”.


Story Code: 188481

News Link :
https://www.islamtimes.org/az/news/188481/rusiyanın-londondakı-səfirliyinə-hücum-olub

Islam Times
  https://www.islamtimes.org