0
Sunday 23 September 2012 - 09:40

Səudiyyə Ərəbistanında anti-Amerika yürüşləri

Story Code : 197795
Səudiyyə Ərəbistanında anti-Amerika yürüşləri
"IslamTimes" Ərəbistan KİV-nə istinadən xəbər verir ki, ötən gün Səudiyyə Ərəbistanının Əl-Əhsa məntəqəsində irihəcmli etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları İslam peyğəmbərinin təhqir olunduğu filmi tənqid atəşinə tutaraq, bu filmin ABŞ-ın sifarişi ilə hazırlandığını bildiriblər.

Etirazçılar həmçinin Riyazdakı ABŞ səfirinin ölkədən qovulmasını və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinin geri çağırılmasını tələb ediblər.

Bundan əlavə "Ət-Təbiə" şəhərində də əhali küçələrə axışaraq "Canımız Peyğəmbərə fəda olsun" şüarları ilə çirkin filmə etirazlarını bildiriblər.

Qəzəbli nümayişçilər müxtəlif şüarlar səsləndirdikdən sonra ABŞ və İsrail bayraqlarına od vurublar.

Əlavə edək ki, ötən gün Quteyf şəhərində də aksiyalar keçirilib. Uyğun yürüşlər ciddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunub.
Related Stories
Comment