0
Tuesday 25 September 2012 - 10:17

Müsəlmanlar artıq Qərbin İslama qarşı münasibətindən təngə gəliblər

Story Code : 198397
Müsəlmanlar artıq Qərbin İslama qarşı münasibətindən təngə gəliblər
Müsəlmanlar artıq Qərbin İslama qarşı münasibətindən təngə gəliblər
Islam times.org/az/ - Jurnalistlərə müsahibəsində Petrits deyib ki, insanlar sadəcə filmə görə etiraz etmirlər, onlar bütünlükdə Qərbin İslam ölkələrinə qarşı münasibətinə etiraz edirlər.

11 sentyabrda Həzrəti Muhəmməd Peyğəmbəri (s) təhqir edən film ilə başlayan anti ABŞ nümayişləri bazar ertəsi günü Vaşinqton əleyhinə şüarlar, ABŞ səfirlikləri qarşısında etirazlar və bütün dünya boyu ABŞ bayrağına od vurmaqla davam etdi.

19 sentyabrda Fransa jurnallarından biri müsəlman dünyasının qəzəbini daha da artıran Həzrəti Muhəmməd Peyğəmbərin (s) karikaturalarını dərc etdi.

Patrits deyib: “Bir çox insanlar elə başa düşürlər ki, bütün bu etirazlar küfr filminə görədir, ancaq mən fikirləşirəm ki, bu filmə görə deyil, sadəcə film başlanğıc nöqtəsi oldu. Bu etiraz əslində Amerika xarici siyasəti və yaxud bütövlükdə Qərbin bütün İslam ölkələrinə olan xarici siyasətinə qarşı etiraz nümayişləridir.”

O əlavə edərək deyib: “Biz buna ümumilikdə mənəviyyata qarşı olan müharibə kimi baxmalıyıq. Onlar tək İslama deyil, ümumilikdə mənəviyyata qarşı hücum edirlər.”

O sözünə davam edərək bildirib ki, bu cür təhqir hələ çox illər bundan əvvəl Xristianlığa qarşı da baş verib. Az-çox Xristianlığı dağıtdıqdan sonra indi də İslama hücum etməyə başlayıblar.
Source : İslamtimes
Comment