0
Friday 5 October 2012 - 23:43

Günün fotosu - Nəbz yoxlaması

Story Code : 201182
Günün fotosu - Nəbz yoxlaması
Günün fotosu - Nəbz yoxlaması
Bu gün əslində günün bir fotosu yoxdur, "Günün fotosu" rubrikasına seçiləcək şəkil yüzlərlədir.

Ancaq musavat.com məhz bu şəkli seçdi.

Bu adam aksiyaya şəkil çəkdirmək üçün çıxanlardan deyil. Heç burada da poza vermir. Hiss olunur ki, bir neçə saniyə əvvəl o, güclü zərbə alıb və huşunu itirib.

El arasında bu vəziyyətdə olan adamlara "ölüb, əllərdə qalıb" deyirlər. Ancaq bu gün xoşbəxtlikdən ölüm halı olmayıb, sadəcə, beş-altı nəfərin başı yarılıb, bir də çoxsaylı döyülənlər olub.

Bu cavan da onlardan biridir. Polis onu qamarlayıb maşına basacaq, sonra bölməyə aparacaq. Amma hər ehtimala qarşı onları gəncin nəbzini də yoxlayırlar, "birdən ölmüş olar" deyə.

Ədalət olmayan ölkələrdə həmişə belədir, etiraz edənlər asfaltın üstündə qalır. Onları sürüyürlər, maşınlara qalaqlayırlar, əvvəlcə təcridxanalara, sonra məhkəmlərə daşıyırlar, daha sonra cəzaçəkmə müəssisələrinə aparırlar, lap axırda əfv edirlər.

Bu, bir konveyerdir. Bu, huşunu itirmiş oğlan isə həmin konveyerin dişləri arasına qurban gedən növbəti yemdir.

N.Asifli

Source : Musavat
Related Stories
Comment