0
Monday 8 October 2012 - 22:14

Məhbus Masallı dindarlarına ailələri ilə görüş verilmir

Story Code : 202024
Məhbus Masallı dindarlarına ailələri ilə görüş verilmir
Məhbus Masallı dindarlarına ailələri ilə görüş verilmir
Dindarlar şərlənərək sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirməkdə günahlandırılır. Rəsmi məlumata görə, dindarların işini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə aparır.

Azər Quliyev bildirib ki, dindarların heç birinə vəkil tutulmayıb. Səbəb ailələrin buna maddi imkanlarının olmamasıdır.

“Xeber44.com” saytında dərc olunan məlumata görə, bu günlərdə Masallıda Abuzər Axundov adlı daha bir dindar həbs olunub və beləliklə, həbs olunanların sayı 9 nəfərə çatıb.

Masallıda keçirilən beynəlxalq folklor festivalına etiraz etdiklərinə görə hazırda neçə nəfər təqsirləndirilir?

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, həmin iş üzrə 8 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və onların barəsində həbs qətimkan tədbiri seçilib: “Araz Quliyev, Ziya Tahirov, Rza Ağalı, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev, Nicat Əliyev, Namiq Kişiyev. Abuzər Axundovun həmin iş üzrə həbs edilməsi məlumatını təkzib edirik”.
Source : Mediaforum
Related Stories
Comment