0
Friday 14 December 2012 - 22:51

Suriyalı üsyançılar Ukraynalı jurnalisti edam etmək ilə hədələyirlər

Story Code : 221315
Suriyalı üsyançılar Ukraynalı jurnalisti edam etmək ilə hədələyirlər
Suriyalı üsyançılar Ukraynalı jurnalisti edam etmək ilə hədələyirlər
Islam times.org/az/ - Rusiya və Ukrayna xəbər agentlikləri üçün Suriyalı üsyançılar haqqında məlumat hazırlayan Anhar Koçneva 10 oktyabrda Suriyanın Homs şəhəri yaxınlığında üsyançılar tərəfindən qaçırılmışdır.

Onu qaçıranların terrorist Azad Suriya Ordusunun üzvləri olduğu bildirilir və onlar video müraciət yayaraq Ukrayna tələb edilmiş məbləği ödəməyəcəyi təqdirdə jurnalisti öldürəcəklərini bildiriblər.

Ukrayna xarici işlər nazirliyinin sözçüsü Aleksandr Dikusarov Dəməşqi jurnalisti azad etmək üçün daha aktiv fəaliyyət göstərməsini təkid edib.

Üsyançıların yaydığı video görüntüdə bir qrup silahlı və maskalı döyüşçülər göstərilir və onlardan biri də bəyanatı oxuyur və Koçnevanı “cəsus” adlandırır.

Bəyanatda həmçinin Suriyada ələ keçiriləcək hər hansı bir Rusiya və Ukrayna vətəndaşlarını öldürmək ilə təhdid ediblər.

Bəyanatda deyilir: “Bu andan etibarən Ukrayna səfirliyi, Rusiya səfirliyi və bu ölkələrin vətəndaşları bizim bütün qüvvələrin hədəfinə çevriləcək.”

Nyu Yorkda yerləşən qeyri hökumət müstəqil jurnalist təşkilatı olan “Jurnalistləri Müdafiə Komitəsi”, Londonda yerləşən insan hüquqları təşkilatı “Article 19”, Vyanada yerləşən beynəlxalq təşkilat olan “Beynəlxalq Media İnstitutu” və Parisdə yerləşən beynəlxalq “Sərhədsiz Repartyorlar” təşkilatı bir yerdə bəyanata yayaraq Vaşinqton, London, Paris və Avropa Birliyi üzv dövlətlərindən Suriya İnqilabının Milli Koalisiyası və Azad Suriya Ordusu adlanan qruplardan Koçenavı azad etməsini tələb etmələrini bildiriblər.
Source : İslamtimes
Comment