0
Monday 31 December 2012 - 17:34

İsrail sabiq xarici işlər nazirinə qarşı ittiham irəli sürüb

Story Code : 226849
İsrail sabiq xarici işlər nazirinə qarşı ittiham irəli sürüb
İsrail Ədliyyə Nazirliyi bu ittihamı bazar günü Yerusəlim məhkəməsində elan edərək bildirib.

13 dekabrda İsrail baş prokuroru Yehuda Veynsteyn həm Knessentin üzvü, həm də nazir kimi fəaliyyət göstərmiş Libermana qarşı cinayət işi qaldırmışdır.

Bir gün sonra isə Liberman heç bir səhv iş görmədiyini deyərək vəzifəsindən istefa etmişdir.

O deyib: “Mən xarici işlər naziri və baş nazirinin müavini vəzifəsindən istefa etmək qərarına gəlmişəm və həmçinin toxunulmazlıq hüququmu da ləğv etmişəm ki, təxirə salmadan bu məsələ tezliklə həll edilsin və mən öz təmiz adımı ləkədən qurtarım.”

O həmçinin deyib ki, namizədliyini irəli sürmək üçün o 22 yanvar seçkilərinə kimi bu məsələnin aydınlaşması üçün əlindən gələni edəcək.

Liberman 1996-ci ildən bəri bir neçə dəfə vəzifədən sui-istifadə, korrupsiya və fırıldaqçılıqda ittiham edilsə də heç vaxt mühakimə olunmayıb.
Related Stories
Comment