0
Monday 14 January 2013 - 08:34

İsrail ilk dəfə olaraq Yasir Ərəfata qarşı suiqəsd etdiyini etiraf edib

Story Code : 231018
İsrail ilk dəfə olaraq Yasir Ərəfata qarşı suiqəsd etdiyini etiraf edib
İsrail ilk dəfə olaraq Yasir Ərəfata qarşı suiqəsd etdiyini etiraf edib
Islam times.org/az/ - Sionist prezident Şimon Peres Tel Əvivin Ərəfatın ölümündə əli olduğunu etiraf edib.

Bir neçə ay bundan əvvəl Nyu York Times qəzetinə müsahibə verən və çərşənbə günü isə İsrail Radiosu tərəfindən yenidən dərc edilən müsahibədə Peres deyib ki, Ərəfata qarşı suiqəsd olmamalı idi.

O daha sonra əlavə edərək deyib ki, Ərəfatsız vəziyyət daha da mürəkkəbləşib.

Peres həmçinin deyib ki, İsrail Ərafat olmadan Oslo sülh müqaviləsini əldə edə bilməzdi və əl Xəlil razılaşması da Ərəfatın sayəsində əldə edilib.

O həmçinin iddia edərək bildirib ki, Ərəfata həqəqi liderin necə olmasını izah etməyə çalışıb.

Fələstin lideri Yasir Ərəfat 2004-cü il 11 noyabrda Fransada bir neçə həftə müalicədən sonra dünyasını dəyişmişdir.

Həmin vaxt Fransa rəsmiləri Ərəfatın ölüm səbəbini açmaqdan imtina etmişdilər, mediaya sızan məlumatlarda isə Ərəfatın Sionist kəşfiyyat təşkilatı olan Mossad tərəfindən zəhərləndiyini bildirilmişdir.

Noyabr ayının axırlarında Fransa və İsveçdən olan ekspertlər Ramallahda Ərəfatın cəsədi üzərində araşdırma aparmış və təsdiq edərək bildirmişdilər ki, o zəhərlənmədən dünyasını dəyişmişdir.
Source : İslamtimes
Comment